Azərbaycan Qafqaz Albaniyasının tarixi və mədəniyyətinin əsas varisidir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva bəyan edib.
“Qafqaz Albaniyası Azərbaycanın ayrılmaz hissəsidir”, - deyə A.Mustafayeva AMEA İnsan Hüquqları İnstututu tərəfindən təşkil olunmuş “Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsi insan hüquqları kontekstində” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hər bir xalq öz mədəni və tarixi irsini mühafizə edərək gələcək nəsillərə ötürməlidir.
“İkinci dünya müharibəsi başa çatdıqdan sonra yaradılmış UNESCO təşkilatı dünyanın tarixi və mədəni irsinin mühafizəsi sahəsində fəaliyyət göstərir. Azərbaycan xalqı da ölkəmizin ayrılmaz hissəsi olan Qafqaz Albaniyasının mədəni və tarixi irsini mühafizə etməyə və gələcək nəsillərə ötürməyə çalışır. Ancaq təəssüf ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarındakı tarixi və mədəniyyət abidələri dağıdılarkən biz problemlə üzləşdik”, - deyə A.Mustafayeva vurğulayıb.
O, həmçinin söyləyib ki, Azərbaycanın işğal edilmiş torpaqlarındakı qədim tarixi və mədəniyyət abidələrinin ermənilər tərəfindən dağıdılması faktlarını kosmosdan çəkilmiş şəkillər sübut edir.
“Biz daim bu məsələni qaldırırıq, çünki qonşularımız bizim abidələrimizi dağıtmaq və erməniləşdirmək istəyirlər. Kosmosdan görünür ki, işğal edilmiş torpaqlardakı qədim tarixi və mədəniyyət abidələri məhv edilir”,- deyə deputat bildirib.
Onun sözlərinə görə, mövcud xəritələr Qafqaz Albaniyasının çox geniş coğrafiyaya malik olduğunu göstərir.
“Qədim xəritələrdə Azərbaycana məxsus Qəbələ, Bərdə adlarına rast gəlmək olur. Azərbaycan Qafqaz Albaniyasının əsas varisidir. Biz yalnız azərbaycanlıların deyil, Azərbaycanda məskunlaşmış digər xalqların da tarixi, mədəni hüquqularını müdafiə edirik. Bu xalqların əksəriyyətinin tarixi və mədəniyyətinin kökləri Qafqaz Albaniyasından gəlir”, - deyə A.Mustafayeva bildirib.
A.Mustafayeva bildirib ki, Azərbaycanda Qafqaz Albaniyası üzrə dövlət proqramı hazırlanır.
“Biz səylərimizi brləşdirərək və UNESCO-nun fəaliyyətini dəstəkləyərək tarixi və mədəni irsimizi bərpa edir, qoruyur və gələcək nəsillərə ötürürük”, - deyə o vurğulayıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət