17-18 iyun tarixlərində Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) əmək nazirlərinin ikinci konfransının qərarına əsasən təsis edilmiş Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitənin ilk iclası keçiriləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirdə komitəyə üzv ölkələrin aidiyyəti dövlət qurumlarının yüksək səviyyəli rəsmilərinin, İƏT-in Katibliyi və tabe qurumların, Beynəlxalq Əmək Təşkilatının nümayəndələrinin iştirakı nəzərdə tutulur.
İclasda Rəhbər Komitənin üzvləri tərəfindən əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı nəzərdə tutan çərçivə sənədinin icrası məqsədilə hazırlanmış Fəaliyyət Planının müzakirəsi və İƏT-in əmək nazirlərinin növbəti konfransına müvafiq hesabatın təqdim edilməsi planlaşdırılır.
Rəhbər Komitə İƏT-in əmək nazirlərinin 2013-cü ildə ölkəmizdə keçirilən ikinci konfransında qəbul edilmiş qərar əsasında təsis edilib.
Əmək, məşğulluq və sosial müdafiə məsələləri üzrə çərçivə sənədi təşkilata üzv ölkələr arasında həmin sahələrdə uzunmüddətli əməkdaşlıq prioritetlərini nəzərdə tutur.
Çərçivə sənədinin icrasının əlaqələndirilməsi məqsədilə yaradılmış və İƏT-ə üzv 9 ölkənin (Azərbaycan, Türkiyə, İndoneziya, Qvineya, Kamerun, Küveyt, Səudiyyə Ərəbistanı, Liviya və Malayziya) aidiyyəti dövlət qurumlarının təmsil olunduğu Rəhbər Komitəyə 2015-ci ildə keçiriləcək əmək nazirlərinin növbəti konfransına qədər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sədrlik edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət