Rusiyanın Ukraynadakı hərəkətlərinə Qərbin zəif reaksiyası Kremlə əlavə qətiyyət və əminlik verir. Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi Arkadi Moşes belə hesab edir.
“Bu gün Rusiya Moskvanın postsovet məkanındakı respublikalarla münasibətlərdə Qərbin süni şəkildə yaratdığı boşluğu doldurmağa çalışır. Ukraynada baş verən son hadisələr bunu sübut edir. Rusiyanın hərəkətlərinə Qərb ölkələrinin zəif reaksiyası Moskvaya güc verir”, - deyə A.Moşes NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: çağırışlar və imkanlar” mövzusuna həsr olunmuş 86-cı «Rose-Roth» seminarında bildirib.
Onun sözlərinə görə, Kreml özünü məharətli geosiyasi oyunçu kimi göstərdi.
“Burada məsələ Ukrayna hadisələrində yox, Rusiyanın Qərblə qarşıdurmasındadır. Baxmayaraq ki, Qərb Rusiyadan fərqli olaraq böyük ehtiyatlara malikdir, Kreml daha aydın siyasi qətiyyət nümayiş etdirərək, bununla da vəziyyəti özünün xeyrinə dəyişməkdə davam edir”, - deyə o qeyd edib.
A.Moşes, həmçinin Moskvanın hərəkətlərində buraxdığı səhvlərə dair fikirlərini bölüşüb.
“Kremlin gözləntilərinin əksinə olaraq, Ukrayna Krım olmadan və ya hətta Donetsk regionu üzərində nəzarəti itirdiyi halda belə mövcud olmaqda davam edir. Bununla yanaşı, Rusiya Vladimir Putinin reytinqinin və cəmiyyətdə millliyətçi əhval-ruhiyyənin saxlanması istiqamətində böyük səylər göstərməkdə davam edir”, - deyə ekspert vurğulayıb.
A.Moşesin sözlərinə görə, Ukraynada baş verən son hadisələrə səbəb həm də Kiyevin milli təhlükəsizliyini lazımi səviyyədə təmin etmək iqtidarında olmaması olub.
“Bu, Kiyevin son 20 il ərzində buraxdığı səhvlərin nəticəsidir. Ukraynanın hətta mümkün çağırışların qarşısının alınmasına dair konsepsiyası belə olmayıb ki, bu da kollapsı sürətləndirib”, - deyə o qeyd edib.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət