Azərbaycanlı məktəblilər Moskvada keçirilən Beynəlxalq rus dili olimpiadasının qalibi olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rossotrudniçestvo”nun Bakıdakı nümayəndəliyindən məlumat verilib.
Moskvada rus dilini öyrənən şagirdlər arasında XIII Beynəlxalq rus dili olimpiadası başa çatıb. Tədbir Rusiya Federasiyasının Təhsil və
Elm Nazirliyi, Rossotrudniçestvo”, Rus Dili və Ədəbiyyat Müəllimlərinin Beynəlxalq Assosiasiyası və “Russkiy mir” Fondunun dəstəyi ilə A.S.Puşkin adına Rus Dili İnstitutu tərəfindən təşkil olunub.
Olimpiadada 29 ölkədən 205 məktəbli iştirak edib.
Onların arasında Azərbaycanın 6 nümayəndəsi olub. Onlar Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin 5 şagirdi və Bakı şəhər 160 nömrəli Klassik Gimnaziyanın 1 şagirdidir.
Olimpiadanın yekunları üzrə Azərbaycanın bütün təmsilçiləri: 160 nömrəli Klassik Gimnaziyanın X sinif şagirdi Maya Novruzova və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri Rauf Babayev və İranə Zeynalova birinci dərəcəli, Zlata və Vladlena Dana bacıları üçüncü dərəcəli diplomla təltif olunublar.
BSU-nun Məktəb-Lisey Kompleksinin X sinif şagirdi Hüseyn Abbasov “Gənc natiq” yaradıcılıq müsabiqəsində ikinci yeri tutub və olimpiadanın mütləq qalibi diplomuna layiq görülüb. O, Rusiya Federasiyası büdcəsi hesabına A.S.Puşkin adına Rus Dili İnstitutunda təhsil almaq hüququ əldə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət