Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Şah İsmayıl Səfəvi tarixi-diplomatik sənədlər toplusu” kitabının təqdimat mərasimi keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin tədbirdən verdiyi məlumata görə, kitabın redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Şah İsmayıl Xətainin Azərbaycan dövlətçiliyi və mədəniyyətinin formalaşmasında rolunun öyrənilməsinin vacibliyini qeyd edib. “Sovet dövründə Səfəvilər dövlətinin tarixi çox nadir hallarda araşdırılıb, yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra həmin dövrdə baş vermiş tarixi hadisələrə obyektiv nəzər salındı”,- deyə alim qeyd edib.
“Ancaq etiraf etmək lazımdır ki, bəzi türk tarixçilər Şah İsmayıl Xətai ilə Osmanlı hökmdarı Sultan Səlim arasında qarşıdurma mövzusunu təhrif etməyə çalışırlar”,- deyə o bildirib.
“Bu topluya həm orijinal arxiv sənədləri, həm də onların Azərbaycan dilinə tərcüməsi daxil edilib ki, bu da geniş oxucu auditoriyası qarşısnda həmin dövrün həqiqi mənzərəsini açır. Eyni zamanda arxiv sənədləri əsasında sübut edilir ki, Şah İsmayıl Xətai son ana qədər Osmanlı İmperiyası ilə qarşıdurmadan uzaq durmağa çalışıb. Lakin Sultan Səlim hərbi ritorikadan əl çəkməyib və 1514-cü il avqustun 23-də Çaldıran döyüşünə başlayıb”,- deyə AMEA-nın vitse-prezidenti qeyd edib.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət