Narkotik maddə istifadəçilərinin əksəriyyətinin bu zərərli vərdişin qorxulu fəsadları barədə məlumatı yoxdur. “Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi” QHT-nin rəhbəri Məzahir Əfəndiyev belə hesab edir.
“Əfsuslar olsun ki, bu gün narkotiklərdən istifadə edənlərin 95%-nin onlar barədə məlumatı yoxdur. Hesab edirəm ki, bu statistika bizim hər birimizi narahat etməlidir. Bu problem yalnız dövlət orqanlarını deyil, həm də bütün ictimaiyyəti narahat etməlidir”, - deyə M.Əfəndiyev Azərbaycanın orta məktəblərinin şagirdləri arasında “Mən narkomaniyanı belə görürəm” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin yekunlarına həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, narkomaniyanın yayılmasının qarşısının alınmasında medianın rolu da mühümdür. Çünki kütləvi informasiya vasitələri narkomaniyaya qarşı mübarizədə bir növ maarifləndirici rol oynayır.
Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qeyd edib ki, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi Bakı şəhər İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu istiqamətdə silsilə tədbirlər həyata keçirir.
Onun sözlərinə görə, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin rəyinin öyrənilməsidir.
R.Abbasov vurğulayıb ki, Azərbaycanda narkomaniyaya qarşı mübarizədə əsas diqqət sosial çarxların artırılmasına yönəlib.
“Sosial çarxların, televiziya proqramlarının sayının artırılmasına, mətbuatda bu problemin təhlilinə, o cümlədən tibb sahəsində mütəxəssislərin hazırlanmasına üstünlük verilir”, - deyə o bildirib.
“Ərazilərimizin bir hissəsi işğal altındadır. Bizdə olan təkzibolunmaz məlumatlara əsasən, həmin ərazilərdən dünyanın digər ölkələrinə narkotiklərin daşınması həyata keçirilir. Biz beynəlxalq təşkilatlarda da bu məsələni qaldırırıq”, - deyə o vurğulayıb.
Tədbir 26 iyun - BMT-nin Dünya Narkotiklər Əleyhinə Mübarizə Gününə həsr edilib.
Tədbirdə ən yaxşı rəsm əsərlərinin müəllifləri olan şagirdlər mükafatlandırılıblar. Bundan başqa, media resurslarının nümayəndələrinə narkomaniyaya qarşı apardıqları geniş təbliğata görə sertifikatlar təqdim olunub. “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinə də sertifikat verilib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət