“Nikoil” İnvestisiya-Kommersiya Bankı 2014-cü ilin sonuna kimi Azərbaycanın regionlarında iki yeni filial açmağı planlaşdırır. Bu barədə “Nikoil” İKB-nin İdarə Heyətinin sədri Vasili Xamaza “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi eksklüziv müsahibədə bildirib.
“Ümid edirəm ki, yaxın 2-3 həftə ərzində Mərkəzi Bank yeni satış nöqtələrinin açılışı üçün bizə daha iki lisenziya verəcək. Biz Masallı və Xırdalan şəhərlərində filialların açılmasını planlaşdırırıq. Yəqin ki, filial şəbəkəsinin genişləndirilməsi prosesi bu il başa çatacaq”, - deyə V.Xamaza bəyan edib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda bankın 20, Bakıda isə 13 filialı fəaliyyət göstərir.
V.Xamaza qeyd edib ki, bank gələcəkdə regionlarda filial şəbəkəsini genişləndirmək niyyətindədir. Bununla əlaqədar bank Zaqatala və İmişli rayonlarında filialların açılması imkanlarını nəzərdən keçirir.
“Lakin düzünü desəm, mənə elə gəlir ki, bütün banklarda filial şəbəkəsinin genişləndirilməsi prosesi zamanla ləngiyəcək. Bu, elektron bank xidmətlərinin həcmlərinin artması ilə əlaqədardır. Bu, ümumdünyəvi tendensiyadır”, - deyə V.Xamaza bildirib.
Onun sözlərinə görə, elektron xidmətlərin inkişafı bankın prioritet istiqamətidir.
“Bizdə hərtərəfli mobile-bankinq, eləcə də internet-bankinq hələ fəaliyyət göstərmir. Bütün bunlar ən yaxın gələcəyə, ümid edirəm ki, 2014-cü ilə olan planlardır. Yaxın günlərdə biz 2015-2020-ci illəri əhatə edən strateji inkişaf planının əsaslarının müzakirəsini başa çatdıracağıq. Müşahidə Şurası 2014-cü ilin sonuna kimi bu planı təsdiq edəcək. Bu mənada elektron xidmətlərin inkişafına xüsusi diqqət ayrılacaq. Biz bu istiqamətin inkişafına mühüm kapital qoyuluşları nəzərdə tuturuq”, - deyə V.Xamaza qeyd edib.
Nikoil” İKB-nin səhmdarları “Topaz İnvestment”, “Nikoil” SC, “Uralsib-İnvest” MMC və “İSR Holding”dir.
V.Xamaza ilə müsahibənin tam mətni ilə http://interfax.az/view/613056 saytında tanış olmaq olar.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət