ABŞ Azərbaycan Respublikası Ərazilərinin Minanlardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) "Ceyrançölün minalardan təmizlənməsi" layihəsinin ikinci mərhələsinin həyata keçirilməsində kömək edəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bəyan edib.
“ABŞ ANAMA və NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun həyata keçirdiyi layihənin növbəti mərhələsində aparıcı rol oynamasından qürur duyur", - deyə səfir Ceyrançöldə mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi layihəsinin birinci mərhələsinin tamamlanması və ikinci mərhələsinə başlanılmasına həsr olunmuş tədbirdə çıxışı zamanı qeyd edib.
R.Morninqstarın sözlərinə görə, iki il ərzində layihənin ikinci mərhələsi çərçivəsində 23 kv.km ərazi təmizlənməlidir.
“Bu layihənin həyata keçirilməsində mühüm rol oynayan möhkəm əməkdaşlığı da qeyd etmək lazımdır. Bugünkü uğur Azərbaycan hökumətinin layihəyə göstərdiyi davamlı dəstək və layihə xərclərinin yarısını öz üzərinə götürməsi ilə şərtlənib”, - deyə səfir söyləyib və digər donorlara da minnətdarlığını bildirib.
Diplomat qeyd edib ki, Vaşinqton layihənin reallaşdırılmasına $1 mln.-dan çox vəsait ayırıb.
“Bununla yanaşı, ABŞ 2000-ci ildən adi silahların zərərsizləşdirilməsinə $22 mln.-dan çox vəsait ayırıb”,- deyə o qeyd edib.
R.Morninqstar beynəlxalq ictimaiyyəti layihənin ikinci mərhələsinin həyata keçirilməsinə maddi yardım göstərməyə çağırıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət