Azərbaycan hökuməti yaxın vaxtlarda qanunsuz tikililərin qadağan edilməsi ilə bağlı ciddi tədbirlər görəcək. Bu barədə çərşənbə axşamı jurnalistlərə baş nazirin müavini Abid Şərifov məlumat verib.
“Yaxın bir neçə ayda biz Bakıda və respublikanın müxtəlif regionlarında qanunsuz tikililərin qarşısının alınması üçün ciddi addımlar atmağı planlaşdırırıq”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, həm evlərin inşasının, həm də digər tikinti işlərinin qanunsuz şəkildə aparılmasına qadağa qoyulacaq.
“Bu nə üçün lazımdır? Məsələn, sürüşmə zonalarını götürək, orada ya bilmədən, ya da qəsdən insanlara torpaq sahələri ayrılır və onlar tikinti işlərinə başlayırlar. Nəticədə bir müddətdən sonra sürüşmə baş verir, həm ev dağılır, həm ev sahibləri maddi zərərə uğrayırlar və onların əlində tikintiyə icazə verildiyini təsdiq edən sənəd olmur”, - deyə baş nazirin müavini söyləyib.
O deyib ki, digər təhlükəli zonalarda yaşayan insanlar da analoji problemlə üzləşirlər.
“Söhbət çay hövzələrində, o cümlədən daşqın təhlükəsi olan Kür çayı hövzəsində, kommunikasiya xətlərinin keçdiyi yerlərdə, yüksək gərginlikli elektrik xətlərinin altında, yüksək təzyiqli boruların üstündə ev tikən insanlardan gedir. Biz yaxın vaxtlarda insanların qanunsuz tikililərlə əlaqədar təhlükəsizliyinin təmin edilməsi məsələsi ilə ciddi məşğul olmağı düşünürük”,- deyə A.Şərifov bildirib.
O, həmçinin sökülən evlərin sakinlərinə kompensasiyaların verilməsi məsələsinə də toxunub.
“Əgər hər hansı bir səbəbdən - yol çəkilməsi, hansısa layihələrin həyata keçirilməsi, tikililərin söküntü zonasına düşməsi ilə əlaqədar evlər sökülməlidirsə, onların sakinlərinə yaşayış sahəsinin sənədinin olub-olmamasından asılı olmayaraq kompensasiya verilməlidir”,- deyə A.Şərifov qeyd edib.
Onun sözlərinə görə, Bakının Dərnəgül yaşayış massivində metropolitenin tikintisi ilə əlaqədar, eləcə də digər ərazilərdə sökülən evlərə görə kompensasiyalar verilir.
“Sovetski qəsəbəsini də nümunə göstərmək olar. Dövlət başçısının sərəncamı ilə uzun müddət bu evlərdə yaşamış sakinlərə heç bir sənəd tələb olunmadan kompensasiya verilir. Əgər hər hansı bir səbəbdən evin sənədləri rəsmiləşdirilməyibsə, insanları incitmək olmaz”,- deyə baş nazirin müvini vurğulayıb.
R. Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət