Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) polimer drenaj borularının istehsalı ilə məşğul olan “Ceyranbatan Polimer Materialları” SC-nin səhmlərinin 99,88%-ni təkrar investisiya müsabiqəsinə çıxarıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-dan məlumat verilib.
SC-nin 480,869 min ədəd səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanmış investisiya proqramında fəaliyyət növündən asılı olaraq yeni avadanlığın tətbiqi, mövcud tikililərin bərpa edilməsi, müəssisənin mövcud infrastrukturunun təyinatının yaxşılaşdırılması, ərazinin abadlaşdırılması, yeni iş yerlərinin açılması, eləcə də bu məqsədlərə ayrılacaq investisiyanın həcmi və müddətinə dair təkliflər öz əksini tapmalıdır.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 300 min manat köçürməlidir.
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayənin həcminin 5%-ni 60 gün ərzində SC-nin hesabına, müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulmuş vəsaiti isə dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2014-cü il avqustun 27-nə qədər qəbul ediləcək, avqustun 29-da isə təkliflərin qiymətləndirilməsi həyata keçiriləcək.
Müəssisənin səhmlərinin satışı üzrə bundan əvvəlki müsabiqə 2014-cü ilin iyun ayının birinci ongünlüyündə elan edilmişdi, lakin səhmləri alan olmamışdı.
“Ceyranbatan Polimer” SC Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşir. Müəssisə 1988-ci ildə istismara verilib. Müəssisədə 20 nəfər çalışır.
2014-cü il iyunun 1-nə SC-nin nizamnamə kapitalı 962,87 min manata bərabərdir və bir qiymətli kağzın nominal dəyəri 2 manata bərabər olan adi səhmlərə bölünüb.
2014-cü il iyunun 1-nə SC-nin öhdəlikləri 171,205 min manat, debitor borcları 69,491 min manat təşkil edir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət