Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin nümayəndələri “Təhsilin inkişafı naminə qiymətləndirmənin təşkili” adlı beynəlxalq təşəbbüs qrupunun işində iştirak ediblər.
“Hər kəs üçün təhsil (Education for All) və Minilliyin inkişaf məqsədləri”ni (Millenium Development Goals) əsas götürərək YUNESKO-nun Statistika İnstitutu və Brukinqs İnstitutunun Universal Təhsil Mərkəzi tərəfindən irəli sürülmüş əməkdaşlıq çərçivəsində hər bir uşaq və gəncin təhsil almaq imkanı ilə yanaşı, təlim nəticələrinin xüsusilə önə gətirilməsi məqsədilə Təlimin ölçülməsi adlı İşçi Qrupu (Learning Metrics Task Force) yaradılıb.
İşçi qrupunun texniki, təşkilati və siyasi aspektlərdə aparılan tədqiqatı BMT-nin müxtəlif nümayəndəliklərinin, regional təşkilatların, dövlət nümayəndələri, mütəxəssislər və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə həyata keçirilib.
Təlim nəticələrinin qiymətləndirilməsi və təhsilin inkişaf etdirilməsi istiqamətində müzakirələrdə beynəlxalq (Məleykə Abbaszadə, “Toward Universal Learning Implementing Assessment to Improve Learning”*, səhifə 5), milli (Məleykə Abbaszadə, Natiq Əliyev, “Toward Universal Learning Implementing Assessment to Improve Learning”*, səhifə 7) və fərdi (Vəli Hüseynov, “Toward Universal Learning Implementing Assessment to Improve Learning”*, səhifə 40) səviyyələrdə Azərbaycandan yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 3 nəfər nümayəndəsi məsləhətçi-mütəxəssis kimi iştirak edib və 2014–cü ilin iyun ayında layihənin növbəti üçüncü mərhələsinin üçüncü hesabatının hazırlanması zamanı aparılan müzakirələrdə öz töhfələrini veriblər.
Bu hesabatın hazırlanmasında 700 iştirakçı olub. Şərqi Avropa regionundan iki ölkənin - Azərbaycan və Rusiyanın iştirakı aşağıdakı cədvəldə regionlar üzrə bu beynəlxalq layihədə iştirak edən ölkələr arasında qeyd olunub (“Toward Universal Learning Implementing Assessment to Improve Learning” *, Cədvəl 4).
Layihə çərçivəsində hazırlanan hesabatlarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək olar: *http://www.uis.unesco.org/Education/Pages/learning-metrics-task-force.aspx
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət