Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həll edilməsi üçün ümumilikdə $5,5 mlrd. vəsait sərf edilib. Bu barədə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Milli Məclisin mətbu orqanı olan “Azərbaycan” qəzetinə verdiyi müsahibədə bildirib.
“Bu məbləğin $2,5 mlrd.-ı büdcə, $1,9 mlrd.-ı Dövlət Neft Fondunun, $1,1 mlrd.-ı beynəlxalq maliyyə qurumlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitləridir”, - deyə Ə.Həsənov qeyd edib.
Onun sözlərinə görə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 mln. kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınıb, 40 min ailənin (180 min nəfər qaçqın və məcburi köçkünün) mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi məktəbi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 45 mədəniyyət mərkəzi, 2 olimpiya idman kompleksi tikilib, 648 kilometr yol, 815 kilometr su, 1412 kilometr hava elektrik, 333 kilometr qaz xətti çəkilib, 715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb.
Komitə sədri qeyd edib ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 220 yataqxana təmir edilib, nəticədə bundan 68 min nəfər məcburi köçkün faydalanıb.
“Əmək qabiliyyətli 380 min məcburi köçkündən 161 min nəfəri daimi işlə təmin edilib, 200 min nəfəri isə mövsümi işlərə cəlb edilib”,- deyə Ə.Həsənov qeyd edib.
O deyib ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 10 ildə 1841 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 37,2 mln. manat, həmçinin yeni texnologiyalara əsaslanan 3 investisiya layihəsinə 9,3 mln. manat məbləğində güzəştli kredit verilib.
“2013-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1100 manat təşkil edib ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir”,- deyə baş nazirin müavini əlavə edib.
“Məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75%-dən 15%-dək azalıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət