Azərbaycanda “Premium Avro-95” markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0,93 manatdan 0,97 manatadək artıb.
Azərbaycanda neft məhsullarının pərakəndə ticarəti ilə məşğul olan “Azpetrol” şirkətinin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, 6 avqust 2014-cü il tarixindən etibarən şirkətin yanacaqdoldurma məntəqələrində “Premium Avro-95” markalı benzinin qiyməti 1 litr üçün 0,97 manatadək artıb.
““Azpetrol” YDM-də “Premium Avro-95” markalı benzinin qiymətinin qalxması dünya bazarlarında benzinin bahalaşması ilə əlaqədardır”, - deyə şirkətdə qeyd ediblər.
“LUKoil-Azerbaijan” şirkətində də 1 litr benzinin pərakəndə satış qiymətinin 0,97 manatadək artdığını təsdiq ediblər.
Xəbər verildiyi kimi, “Premium Avro-95” və “Super Avro-98” markalı avtomobil benzini Azərbaycana 1 aprel 2014-cü il tarixindən idxal olunur. Bu benzin növlərinin qiymətləri benzin tədarükçüləri tərəfindən təyin edilir. Azərbaycanın yanacaqdoldurma məntəqələrində “Premium Avro-95” markalı benzinin qiyməti 1 litr üçün 0,93 manat, “Super Avro-98” markalı benzinin qiyməti 1 litr üçün 1,03 manat dəyərində müəyyən edilib.
“Aİ-98” markalı benzin Azərbaycanda istehsal olunmadığı üçün onun satış qiyməti heç vaxt dövlət tərəfindən tənzimlənməyib. “Aİ-92” markalı benzinin qiyməti isə dövlət tərəfindən tənzimlənir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət