2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına xidmət göstərilməsində 12 minə yaxın könüllü iştirak edəcək. Bu barədə “Avropa Oyunları-2015” Əməliyyat Komitəsinin icraçı direktoru Saymon Kleq bəyan edib.
“Məqsədimiz 12 min könüllü şəxsi I Avropa Oyunlarında iştiraka cəlb etməkdir. Onlar geniş ictimaiyyət və Avropa Oyunlarının iştirakçısı olan idmançılarla əlaqədə olacaqlar”, - deyə S.Kleq çərşənbə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “Bakı Avropa Oyunları-2015”də 6 mindən çox idmançı 19 idman növü üzrə medal uğrunda mübarizə aparacaq.
““Bakı Avropa Oyunları-2015” Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir və onların hansı səviyyədə keçirilməsi çox güclü işçi qüvvəsi olan könüllülərdən asılıdır”, - deyə S.Kleq vurğulayıb.
İcraçı direktor qeyd edib ki, hazırda Avropa Oyunlarına hazırlıqda iştirak edən peşəkarlar komandası 670 nəfərdən ibarətdir.
“Onlardan 400 nəfəri Azərbaycan nümayəndələridir və əksəriyyəti bu cür tədbirlərin təşkilində yaxşı təcrübəyə malikdir. Qalanları isə perspektivli dinamik gənclərdir”, - deyə o vurğulayıb.
S.Kleqin sözlərinə görə, qalan 270 nəfər 33 ölkənin nümayəndəsidir.
“Onların hər biri bu sahədə yaxşı iş təcrübəsinə malikdir, 50%-i isə London Olimpiadasının təşkilində iştirak edib”, - deyə o qeyd edib.
Komitə rəhbəri bildirib ki, I Avropa Oyunlarına hazırlıqda iştirak edən peşəkarlar komandası artmaqda davam edir.
Onun sözlərinə görə, bu komandaya Oyunlar Akademiyasında xüsusi təlim kursu keçən qrup daxil ediləcək.
“Gələn həftə Oyunlar Akademiyasına ikinci qəbul elan ediləcək. Bu gün isə birinci qəbul proqramı üzrə 45 məzunumuz var. Onlardan 38 nəfər azərbaycanlı, qalan 7 nəfər Portuqaliya, Türkiyə və Xorvatiyanı təmsil edən əcnəbilərdir. Onlar artıq bizə qoşulmağa və “Avropa Oyunları-2015”ə töhfələrini verməyə hazırdırlar”, - deyə S.Kleq vurğulayıb.
Onun sözlərinə görə, peşəkarlar komandasının 670 nümayəndəsi 6 mindən artıq idmançıya kömək etməlidir.
“Bu, çox mürəkkəb vəzifədir, bu səbəbdən bu məsələdə bir çox şey könüllülərdən asılı olacaq. Buna görə bizim məqsədimiz “Bakı Avropa Oyunları-2015”ə 12 min könüllünün cəlb edilməsindən ibarətdir”, - deyə BEGOC-un rəhbəri qeyd edib.
“İdman tarixində ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün bütün dünyaya özünü yaxşı tərəfdən nümayiş etdirmək üçün əla şansdır”, - deyə Azərbaycan Prezidenti yanında
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, Oyunların keçiriləcəyi zaman könüllülərin vəzifələrinə 20 idman və qeyri-idman obyektinə, həmçinin Olimpiya kəndi və aeroporta xidmət göstərilməsi daxil olacaq.
“Hazırda yay fəslinin, istirahət vaxtının olmasına baxmayaraq, iki ay ərzində 9 minə yaxın şəxs Birinci “Bakı Avropa Oyunları”nda könüllü olmaq istədiyini bildirib. Əminəm ki, sentyabrın 15-dən sonra bu cür vətəndaşların sayı son dərəcə artacaq. Xüsusi aparılan sorğuda isə 26 min nəfər “Bakı Avropa Oyunları-2015”də könüllü qismində iştirak etmək arzusunda olduğunu bildirib”, - deyə F.Hacıyev bildirib.
O vurğulayıb ki, payız aylarında onların arasında müsahibə keçiriləcək, 2015-ci ilin yanvar-may aylarında isə könüllülərin Olimpiya obyektləri üzrə paylanması prosesi həyata keçiriləcək.
“Əminəm ki, gələn ilin iyun ayında biz könüllülərin iştirakı ilə Oyunları uğurla keçirəcəyik. Birinci “Avropa Oyunları”nın Bakıda keçirilməsi faktı hər bir azərbaycanlının çox böyük qələbəsidir”, - deyə F.Hacıyev qeyd edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət