İslam Konfransı Gənclər Forumu Avrasiya Beynəlxalq Regional Mərkəzinin sədri Elçin Əsgərov Azərbaycanda dini sabitliyi pozmağa cəhd edən qüvvələrin olduğunu bəyan edir.
“Bu gün dünyanın bir çox ölkələrində dinlərarası münasibətlərdə gərginliyin artmasına baxmayaraq, Azərbaycanın tarixi ənənələri müxtəlif dinlərin nümayəndələrinə dinc və yanaşı yaşamağa imkan verir. Lakin dünyaya nümunə olacaq bu modeli dini icmalar arasında gərginlik yaratmaq yolu ilə dağıtmağa cəhd göstərən qüvvələr mövcuddur”,- deyə E.Əsgərov Oğuz rayonunda keçirilən “Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan” adlı seminar-treninqdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, belə cəhdlər əksər hallarda radikal yönümlü dini cərəyanlar tərəfindən törədilir.
“Əksər hallarda bu, radikal yönümlü dini cərəyanların nümayəndələrinin əli ilə həyata keçirilir. Lakin həm dövlət, həm də dini icmalar səviyyəsində belə cəhdlərin qarşısı alınır. Ancaq bu o demək deyil ki, biz müşahidəçi mövqeyində dayanmalıyıq. İnsanların belə cərəyanların təsiri altına düşməməsi üçün çox vacib əhəmiyyətə malik olan düzgün dini maarifləndirmə işi aparılmalıdır”,- deyə o qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin direktoru Niyaz Yaqublu vurğulayıb ki, bu gün dövlət dini icmaların fəaliyyəti üçün lazımi şərait yaradıb.
“Lakin bu o demək deyil ki, bu icmaların fəaliyyətinə göz yumulacaq. Ölkədə tolerantlıq ənənələrini pozmaq istəyən qüvvələrlə mübarizə birgə şəkildə davam etdiriləcək. Bu işdə dini icmalar dövlətlə birlikdə işləməlidirlər”,- deyə N.Yaqublu bildirib.
Milli Tolerantlıq Mərkəzinin rəhbəri Elmin Əliyev deyib ki, Azərbaycanda “Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan” adlı treninq-seminarlar silsiləsi avqust-sentyabr aylarında davam etdiriləcək.
“DQİDK ilə birgə treninq-seminarların təşkili dövlətin bu sahəyə diqqətindən xəbər verir”, - deyə o bildirib.
Tədbir müxtəlif panellərlə davam etdirilib. Panellərdə ilahiyyatçı və ekspertlərin məruzələri dinlənilib. Məruzələr milli-mənəvi dəyərlərin düzgün təşviqatı, ənənəvi dindarlıq anlayışı, Azərbaycanın tolerantlıq modelinin əhəmiyyəti, müasir dünyada dini dözümlülüyün vacibliyi, eləcə də dövlətçilik və vətənpərvərlik anlayışlarının dini əsasları kimi mövzuları əhatə edib.
Müzakirələrdə, həmçinin dünyada baş verən son hadisələr fonunda Azərbaycanda dini tolerantlığı zərbə altında qoymağa çalışan qeyri-ənənəvi radikal dini cərəyanların fəallaşmasından narahatlıq ifadə edilib.
“Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan” adlı treninq-seminar DQİDK-nın dəstəyi ilə İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi tərəfindən keçirilir. Tədbir Azərbaycanın dini ənənələrini təbliğ etmək məqsədi daşıyır.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət