Qəbələ şəhərində dünyada ilk dəfə mürəbbə festivalı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Festivalda ölkənin 21 rayon və şəhərindən 500-ə yaxın nümayəndə, bir sıra dövlətlərin səfirləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Festivalda 3 mindən artıq yerli və xarici turist olub. Qaliblər Qəbələ rayon İcra Hakimiyyətinin xüsusi mükafatlarına layiq görülüblər.
Tədbir Qəbələ rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən təşkil edilib.
Festivalda çıxış edən Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev qeyd edib ki, iştirak edən şirniyyatçılar əl işlərini satış yarmarkasına çıxarıblar.
Festivalda Şəki, Abşeron, Qobustan, Şamaxı, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Zaqatala, Xaçmaz, Qusar, Quba, Gədəbəy, Goranboy, Gəncə, Oğuz və Qəbələnin hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 şirniyyatçı iştirak edib.
Qalibləri 12 nəfərdən ibarət münsiflər heyəti müəyyən edib. Belə ki, birinci yer Gəncə şəhər sakininə verilib (çiyələk mürəbbəsi). Bundan başqa, Qəbələ, Xaçmaz və Abşeron rayon icra hakimiyyətləri festivalın təşkili və mədəni-kütləvi tədbirlərdəki aktivliyə görə mükafatlandırılıblar.
Festival konsert proqramı ilə başa çatıb.
İ.Əhmədov
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət