Azərbaycanda Ebola virusuna yoluxmaqda şübhəli bilinən şəxslər Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış xüsusi şöbəyə yerləşdiriləcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu qərar səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun imzaladığı əmrə uyğun olaraq qəbul edilib. Əmrə əsasən, respublikada sözügedən virusun yayılmaması üçün profilaktik tədbirlər gücləndirilir.
2006-cı ildə 8 yerlik şöbə yaradılıb. Şöbənin müdiri Sevda Mustafayevanın sözlərinə görə, şöbə bərpa olunub. Lazımi tibbi avadanlıq və dərmanlarla təhciz edilən şöbə xəstələri qəbul etməyə hazırdır.
O söyləyib ki, ayrıca sanitar qovşağı və lazımi şəraitin yaradıldığı hər palata bir nəfər üçün nəzərdə tutulub.
Bundan başqa, bu şöbədə əvvəllər “quş qripi” və “donuz qripi”nə yoluxmuş xəstələr müalicə alıblar.
“Son illlər ölkədə hökm sürən sabit epidemioloji vəziyyəti nəzərə alaraq bizim şöbə pasiyent qəbul etməyib”,-deyə S.Mustafayeva qeyd edib.
Onun sözlərinə görə, bu şöbə ağır və yüksək patogen viruslar üçün nəzərdə tutulub. “Burada hava-damcı yolu ilə keçən viruslara yoluxmuş xəstələr müalicə alırlar”,- deyə o bildirib.
“Bizim şöbədə xüsusi kurs keçmiş 10 həkim və tibb bacısı çalşır”,- deyə o əlavə edib.
Həkim Ebola virusunun simptomları barədə də danışıb. “Ebola virusuna yoluxan şəxslərdə yüksək hərarət, əzələ-sümük ağrıları, ürəkbulanma, qusma, diareya, qan və digər orqanlarda dəyişikliklər müşahidə olunur”, - deyə S.Mustafayeva qeyd edib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət