Çərşənbə günü “Avropa Oyunları 2015” Əməliyyat Komitəsi (BEGOS) 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının yeni brendini təqdim edib.
“Avropa Oyunları 2015”in yeni brendi Azərbaycanın tarixi, irsi və mədəniyyətini Avropanın böyük idmanı ilə uğurla birləşdirir.
Çərşənbə günü BEGOS tərəfindən jurnalistlər üçün təşkil olunan seminarda qeyd edilib ki, yeni rəngarəng brend imici yarış obyektləri, biletlər, uniformalar və “Avropa Oyunları 2015”in rəsmi loqotipində istifadə olunacaq.
Yeni loqotipin mərkəzində Azərbaycan folklorunda birliyin simvolu olan nar ağacının təsviri var. Azərbaycan irsinin və mədəniyyətinin tarixi simvolları və müxtəlif idman növü və fənlərinin diqqət cəlb edən qrafikaları nar ağacının budaqları ilə bir-birinə bağlanır.
“Bakı 2015 Avropa Oyunları” brendi qədim Azərbaycan irsi və ölkənin təbii gözəlliyi ilə bağlı qürur hissimizin simvoludur”, - deyə “Avropa Oyunları-2015” Əməliyyat Komitəsinin icraçı direktoru Saymon Kleq bəyan edib.
Yeni brend “Avropa Oyunları-2015”in təkmilləşdirilmiş və yenilənmiş rəsmi saytının bir hissəsi kimi istifadə olunacaq.
Korporativ dəftərxana ləvazimatlarını, medalları və Bakıdakı reklam lövhələrində təşkilatçı şəhərin təsvirlərini yeni brend imicləri bəzəyəcək.
“Bakı 2015 Avropa Oyunları”nın yeni brendi ilə www.baku2015.com saytında tanış olmaq olar.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində Bakıda keçiriləcək.
Oyunlar 19 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
9 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir.
Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 239 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət