Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı hesab edir ki, əgər Azərbaycan müstəqilliyinin ilk illərində dinlərarası və mədəniyyətlərarası dialoqun fəal iştirakçısı idisə, bu gün bu dialoqun hərəkətverici qüvvəsidir.
O qeyd edib ki, Bakı hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya dini liderlərinin sammitinə və bir çox digər beynəlxalq tədirlərə ev sahibliyi edir.
“Təsadüfi deyil ki, dünyada analoqu olmayan Beynəlxalq Multikulturalizm Mərkəzi məhz Bakıda yerləşir”,- deyə M.Qurbanlı vurğulayıb.
O, həmçinin qeyd edib ki, mədəniyyətlərarası dialoqun əsas şərti etnik separatçılıq və dini radikalizm nəticəsində meydana çıxan münaqişələrin həll edilməsi, eləcə də dünyada sülh və sabitliyin tam bərqərar olunmasıdır.
“Bununla əlaqədar olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini yalnız Avropa Şurasına üzv olan bir dövlətin digər dövlətə qarşı təcavüzü kimi başa düşmək lazım deyil, bu, həm də böyük məkanda dinlərarası dialoqa, Avropanın demokratik dəyərlərinə, ümumbəşəri prinsiplərə, o cümlədən sülh və sabitliyə təhdid kimi başa düşülməlidir”, - deyə o qeyd edib.
DQİDK-nın sədri xatırladıb ki, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda müxtəlif etnik və dini qrupların nümayəndələri dinc və yanaşı yaşayırlar.
“Bütün tarix boyu ölkəmizdə bütün dinləri və xalqları dostluq birləşdirib. Biz çox şadıq ki, bu dəyərlər sistemi müstəqil Azərbaycan dövləti inkişaf etdikcə daha da möhkəmlənir”,- deyə M.Qurbanlı söyləyib.
O qeyd edib ki, Azərbaycan çoxmillətli və çoxicmalı dövlət olaraq iki və çoxtərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
“Azərbaycanın dini siyasəti demokratik dövlət quruculuğu, milli-mənəvi və hüquqi müstəvidə dövlətlə din arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi prinsiplərinə əsaslanır. Ölkədə bütün azadlıqlar kimi, vicdan və dini etiqad azadlığı da Konstitusiya zəmanəti altındadır”,- deyə DQİDK-nın sədri vurğulayıb.
Bu gün Bakının Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan M.Qurbanlı deyib ki, ölkədə həyata keçirilən iqtisadi və siyasi islahatlar Azərbaycanı həm regionun liderinə, həm də böyük Avropa ailəsinin layiqli üzvünə çevirib.
“Unikal tolerantlıq modelinə sahib olan Azərbaycan mədəniyyətlərarası dialoq məsələlərinə xüsusi qayğı və maraqla yanaşır”, - deyə M.Qurbanlı qeyd edib.
O, həmçinin bildirib ki, Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinin sədrliyi çərçivəsində təşəbbüsləri vasitəsi ilə Avropada diskriminasiya və dözümsüzlüyə qarşı mübarizəyə yönəlmiş fəaliyyətini davam etdirir.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət