Azərbaycanın reallıqları sivilizasiyalar arasında münaqişələrin qaçılmazlığı barədə ideyanın səhv olduğu sübut edir. Tarix üzrə fəlsəfə doktoru, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova belə hesab edir.
“Azərbaycanın tarixi keçmişi və bugünkü reallıqları sivilizasiyalararası münaqişələrinn qaçılmaz olması ideyasının tərəfdarlarının nə dərəcədə səhv etdiklərini sübut edir. Azərbaycanda mövcud tolerantlıq və dinlərarası dialoqun inkişafı vətəndaş birliyi və dövlətçiliyin möhkəmlənməsinə töhfə verir”, - deyə R.Dadaşova çərşənbə axşamı Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşündə bəyan edib.
O, həmçinin qeyd edib ki, tolerantlıq Azərbaycanın ən yüksək nailiyyətlərindən biridir.
“Azərbaycançılıq konsepsiyasının tərkib hissəsi olan etnik və dini qrupların nümayəndələrinin azad fəaliyyəti üçün ölkədə əlverişli şərait və geniş imkanlar yaradılıb. Etnik və dini tolerantlıq ölkəmizin qazandığı ən böyük uğurlardan, eləcə də inkişafımızın mühüm amillərindən biridir”, - deyə o vurğulayıb.
R.Dadaşova, həmçinin Azərbaycanda mövcud olan tolerantlıq və dözümlülüyün möhkəmlənməsində QMİ-nin rolunu qeyd edib. Onun sözlərinə görə, dinlər və sivilizasiyalar arasında dialoq, “ilk növbədə onların nümayəndələrinin dialoqundan başlayır”.
“Onların birgə fəaliyyəti, səmərəli əməkdaşlığı, qarşılıqlı hörmət və anlaşma milyonlar üçün ən yaxşı nümunədir. Ümumilikdə dinlərarası dialoq QMİ-nin fəaliyyətinin prioritet sahəsidir və bu sahədə bütün real nailiyyətlər göz qabağındadır. Azərbaycan xalqının bu cür dialoq apramağa mənəvi haqqı var”, - deyə o vurğulayıb.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət