Süd təchizatçısı olan “Milla” şirkəti Birinci Avropa Oyunlarının rəsmi sponsorlarından biri oldu. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsindən məlumat verilib.
Bununla əlaqədar imzalanan sazişə əsasən, “Milla” şirkəti Azərbaycanda 5000-dən artıq dükanda reklam işi aparacaq, bütün məhsullarının və işçilərinin uniformalarının üzərində “Bakı-2015” loqosunu yerləşdirəcək.
Həmçinin daxilində dondurmaların olacağı furqonlar vasitəsilə də şirkətin məhsulları “Bakı-2015” yarışlarının keçiriləcəyi obyektlərdə görünəcək. Şirkət televiziyada geniş reklam kampaniyası aparmaqla da Avropa Oyunlarını dəstəkləyəcək.
““Milla” Azərbaycanda çox tanınmış ticarət markasıdır. Biz onları rəsmi sponsor kimi salamlamaqdan məmnunuq. Onların populyar məhsulları bütün ölkə üzrə milyonlarla idman pərəstişkarı ilə tarixdə ilk Avropa Oyunlarına dair ruh yüksəkliyi və ilhamla bölüşməyimizə yardım edəcək”, - deyə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib.
Tərəfdaşlıq münasibətləri çərçivəsində “Milla” təbliğat işləri aparmaqla və ölkənin hər yerinə mallarını çatdırdığı furqonların üzərində “Bakı-2015” brendini təsvir etməklə bütün Azərbaycan ərazisində Avropa Oyunlarının reklamını həyata keçirəcək.
“Milla” “McDonalds” və “Tickethour”dan sonra “Bakı-2015” Avropa Oyunlarının üçüncü rəsmi tərəfdaşıdır.
A.Zeydullayeva
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət