2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları çərçivəsində həyata keçirilən bütün tikinti işləri 2015-ci il fevral ayının 1-nə qədər başa çatdırılacaq. Bu barədə gənclər və idman naziri Azad Rəhimov cümə axşamı mətbuat konfransında məlumat verib.
“Bu gün bizim üçün bir nömrəli vəzifə bütün obyektlərin tikinti işlərinin başa çatdırılmasıdır. Bununla bağlı heç bir gecikmə olmayacaq”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, həmin obyektlərdə işlər başa çatdıqdan sonra sınaq tədbirləri həyata keçiriləcək.
“Hər obyektin yanında təhlükəsizlik və digər təşkilati məqamların təmin edilməsi üçün istifadə olunacaq müvəqqəti konstruksiyaların quraşdırılması planlaşdırılır”,- deyə o əlavə edib.
Oyunların reklam edilməsi sahəsində işlər barədə danışan nazir söyləyib ki, bu gün bütün Avropa ölkələrində reklam kampaniyası çox yüksək səviyyədə aparılır.
Erməni idmançıların oyunlarda iştirakı məsələsinə gəlincə, A.Rəhimov deyib ki, hələ ki, Ermənistan tərəfi yarışlarda iştirakını təsdiqləməyib.
“Dəvətnamələr bütün Avropa ölkələrinə göndərilib, bu məsələdə heç bir məhdudiyyət yoxdur və Azərbaycan bütün tədbir iştirakçılarının təhlükəsizliyinə zəmanət verir", - deyə nazir qeyd edib.
Bundan başqa, o bildirib ki, sambo idman növünün də oyunların proqramına daxil edilməsi ilə yarışların keçiriləcəyi idman növlərinin sayı 20-yə çatıb. Bununla da idman növlərinin sayı ilə kifayətlənmək qərara alınıb”, - deyə A.Rəhimov söyləyib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət