Azərbaycanda şiə təriqətinin nüfuzlu ilahiyyatçılarından olan Şahin Həsənli hesab edir ki, Məhəmməd peyğəmbərin məzarının gizli yerə köçürülməsi ideyası bütün müsəlmanların hislərini təhqir edə bilər.
“Məzara toxunmaq, yəni onu açmaq haramdır. Mən hələ peyğəmbərin məzarını demirəm. Məzarın açılması və onun mübarək qalıqlarının çıxarılması peyğəmbərə hörmətsizlik və həqarətdir. Belə bir hərəkəti həm də müsəlmanları təhqir etmək kimi qiymətləndirmək olar. Bu, İslamın hansı cərəyanına aid olmasından asılı olmayaraq bütün müsəlmanları qıcıqlandıra bilər”, - deyə Ş.Həsənli “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Səudiyyə Ərəbistanından olan alimlər Məhəmməd peyğəmbərin qalıqlarının onun məqbərəsinin yaxınlığında yerləşən Əl-Baqi qəbiristanlığına köçürülərək gizli məzarda dəfn edilməsini nəzərdə tutan 61 səhifəlik plan təklif ediblər. Onlar bunu peyğəmbərin məqbərəsinin bütpərəstlik mərkəzinə çevrilə biləcəyi ilə əlaqələndirirlər.
İlahiyyatçı müsəlmanların peyğəmbərin məzarını ziyarət etməsində qəbahətin olmadığını deyib.
“Peyğəmbərin məqbərəsi istər sünni olsun, istər şiə, bütün müsəlmanların ziyarət yeridir. Onlar bu yeri müsəlmanların Həcc ziyarətinin yekun mərhələsi hesab edirlər. Peyğəmbərin məzarının ziyarət edilməsi dinimizə zidd deyil. Əksinə, müqəddəs şəxslərin və möminlərin məzarlarını ziyarət etmək Allaha xoş gedən əməl hesab edilir”,- deyə Ş.Həsənli bildirib.
Bununla yanaşı, o söyləyib ki, Səudiyyə Ərəbistanından olan alimlər müntəzəm olaraq belə təkliflərlə çıxış edirlər.
“Zaman-zaman Səudiyyə Ərəbistanının üləmaları (İslam alimləri - İF-Az) belə təkliflərlə çıxış edirlər. İnanmıram ki, bu təklif müsbət qarşılansın. Məhəmməd peyğəmbər bütün müsəlmanlar üçün ən əziz insan hesab edilir. O, Allahın sonuncu elçisi və ən sevdiyi insandır”, - deyə ilahiyyatçı qeyd edib.
Ş.Həsənli deyib ki, bundan öncə Məkkədə İslam tarixinin bir sıra abidələri məhv edilib.
“Təəssüf ki, tarixin səhifələrində Məkkədə İslam tarixinə aid bir sıra abidələrin məhv edilərək yerlərində müasir binaların tikilməsi faktları qalıb. Bu cür hallar İslam irsinin məhv edilməsi kimi qiymətləndirilir. Bu, İslam tarixinin mədəni abidələrinə qarşı təcavüzdür”,- deyə ilahiyyatçı vurğulayıb.
Bundan əvvəl Səudiyyə Ərəbistanında Məhəmməd peyğəmbərin nəslindən olan dörd imamın (onların arasında peyğəmbərin nəvəsi, imam Əlinin oğlu imam Həsən də var) uyuduğu məqbərə dağıdılıb. Bundan başqa, Səudiyyə Ərəbistanında peyğəmbərin anası Əminənin məzarı da dağıdılaraq yerlə-yeksan edilib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət