Azərbaycanda turizm sahəsi iqtisadiyyatın ən sürətlə inkişaf edən sahələrindən birinə çevrilib. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Konqreslər Bürosunun yaradılmasının ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.
“Turizm dövlətin iqtisadiyyatının bir hissəsidir və Azərbaycanda bu sektor kifayət qədər sürətlə inkişaf edir - ölkəyə gələn turistlərin sayı artır, daha çox turizm obyektləri, o cümlədən otellər tikilir”,- deyə nazir qeyd edib.
Ə.Qarayevin sözlərinə görə, Azərbaycan artıq çoxdan özünü beynəlxalq əhəmiyyətli böyük tədbirlər təşkil etmək qabiliyyətində olan ölkə kimi tanıdıb.
“Bütün dünyada keçirilən tədbirlərin təxminən 80%-i Beynəlxalq Konqreslər Bürosunun dəstəyi ilə təşkil olunur, buna görə də Azərbaycanda belə bir strukturun yaradılması vacib idi”, - deyə nazir qeyd edib.
O, həmçinin deyib ki, əgər bu gün turist Azərbaycanda 600-700 manat xərcləyirsə, Azərbaycan Konqreslər Bürosunun işi nəticəsində bu məbləğ orta hesabla iki dəfə artır.
“Bu gün biz yalnız paytaxtda deyl, Azərbaycanın regionlarında - Qəbələdə, Qusarda və digər şəhərlərdə böyük tədbirlər təşkil edirik”,- deyə Ə.Qarayev əlavə edib.
Nazirin sözlərinə görə, turizm sahəsinin uğurlu inkişaf etməsi üçün infrastruktur təkmilləşdirilməlidir.
Büronun işi barədə danışan Ə.Qarayev qeyd edib ki, Azərbaycanda bu büronun fəaliyyət xərclərinin yarısını dövlət öz üzərinə götürür, qalanı isə dotasiyaların payına düşür.
“Bu gün bu qurum Azərbaycanda beş böyük tədbirin keçirilməsi üzrə hazırlıq işləri aparır. Azərbaycan Konqreslər Bürosu üçün Heydər Əliyev Mərkəzinin yaxınlığında bina tikiləcək”,- deyə o bildirib.
Yaxın gələcəkdə Azərbaycanda turizmin inkişafı üzrə Dövlət Proqramının hazırlanması mövzusuna toxunan nazir bildirib ki, müvafiq qanunvericilik bazasının işlənib hazırlanmasına da ehtiyac var.
“Azərbaycan Konqreslər Bürosu və Azərbaycan Turizm Assosiasiyası arasında müqavilənin imzalanması gözlənilir”, - deyə o əlavə edib.
Azərbaycan Konqreslər Bürosu 2013-cü ildə təsis edilib. Büronun yaradılmasında məqsəd Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, onun işgüzar görüşlər, konqres və konfransların keçirilməsi üçün əlverişli bir ölkə kimi potensialının nümayişidir. Bu gün turizm sahəsində fəaliyyət göstərən 14 şirkət Azərbaycan Konqreslər Bürosunun üzvüdür.
Azərbaycan Konqreslər Bürosu Beynəlxalq Konqreslər Bürosu çərçivəsində fəaliyyət göstərir. Azərbaycan filialının icraçı direktoru Florian Senqsşmiddir.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət