Azərbaycanın qərb bölgəsində yeni dərs ili öncəsi təhsil konfransları keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Samuxun 4 kəndində orta məktəb binaları tikilib və təmir edilib. Bu rayonun 257 məzunundan 112 nəfəri tələbə adını qazanıb. Onlardan 3 nəfəri mümkün 700-dən 600, 15 nəfəri 500-dən yuxarı bal toplayıb.
Şəmkir rayonu üzrə 2145 məzundan 1495-i qəbul imtahanlarında iştirak edib. Onlardan 542 nəfəri tələbə adını qazanıb.
“15 nəfər 600-dən, 55 nəfər isə 500-dən yüksək bal toplayıb. Ötən il 480 tələbədən cəmi 10 nəfəri yüksək bal toplayıb”, – deyə Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinski məlumat verib.
Goranboy rayonunda bu il 627 məzun ali məktəblərə qəbul üçün sənəd verib. Onlardan 288 nəfəri ali məktəblərə qəbul olub. Tələbə adını qazananlardan 13-ü mümkün olan 700 baldan 600-dən yuxarı bal toplayıb, bu isə ötən ilin göstəriciləri ilə müqayisədə iki dəfə çoxdur.
Son illər ərzində Göygöl rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə 15-ə qədər yeni təhsil ocağı tikilib və əsaslı təmir olunub. Bu günə rayonun daha 3 kəndində yeni məktəb binaları tikilir.
“Bu il ali məktəblərə qəbul üçün test imtahanlarında iştirak edən abituriyentlərin nəticələri ötən illə müqayisədə yüksək olub”, – deyə Göygöl rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev məlumat verib.
Onun sözlərinə görə, rayonda 54 təhsil müəssisəsində 9 minə yaxın şagird təhsil alır və 1,7 min müəllim çalışır.
Kəlbəcər rayonu üzrə 115 orta məktəbin 777 məzunundan 430 nəfəri ali məktəbə sənəd verib. Onlardan 290 nəfəri tələbə adını qazanıb.
“Bu il abituriyentlərin nəticələri ötən illərin göstəricilərindən yüksəkdir. 39 nəfər 500-dən, 4 nəfər 600-dən yuxarı bal toplayıb”, – deyə Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanov məlumat verib.
F.Mehdiyev
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət