Tolerantlıq ənənələrinin gələcək nəsillərə çatdırılması Azərbaycan dövlətinin prioritet vəzifəsidir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov bəyan edib.
“Keçmişə nəzər salmadan irəli getmək mümkün deyil. Birincisi, qeyd etmək lazımdır ki, müstəqillik əldə etdikdən sonra ölkədə yüzlərlə məscid fəaliyyətini bərpa etdi. Azərbaycan inkişaf etdikcə bu proses daha dinamik xarakter alıb”, - deyə G.İsmayılov cümə günü Bakıda keçirilən “Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusunda seminar-treninqdə qeyd edib.
“Ölkədə katolik kilsəsi inşa edilib. Alban-udin icması formalaşıb və udin kilsəsinin fəaliyyəti bərpa olunub”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, əgər 90-cı illərin əvvəllərində Azərbaycanın iqtisadi vəziyyəti dinlərarası dialoq sahəsində müstəqil şəkildə nə isə etməyə imkan vermirdisə, bu gün ölkə bu cür tədbirlərin fəal iştirakçısından təşkilatçısı və təşəbbüskarına çevrilib.
“Azərbaycan yalnız neft və qaz deyil, həm də tolerantlıq ixrac edir. Müxtəlif ölkələrin hökumətlərinin nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatlar bu barədə danışıblar. ABŞ, Avropa, Kanada və dünyanın bir çox digər ölkələrində Azərbaycanın tolerantlıq modeli barədə söhbət açılıb. Onu qəbul edir, valeh olurlar. Bu dəyərin qorunub saxlanması üçün əlimizdən gələni edəcəyik”, - deyə o vurğulayıb.
Öz növbəsində ilahiyyat sahəsində fəlsəfə doktoru Aqil Şirinov qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri nəinki bir-birinə qarşı dözümlülük nümayiş etdirirlər, həm də dostluq münasibətləri saxlayırlar.
“Azərbaycanda bu sahədə problemlər müşahidə olunmur. Ölkədə hər zaman müxtəlif dinlərin nümayəndələri dinc yaşayıblar. Respublikada müxtəlif dinlərin nümayəndələri dostluq münasibətləri saxlayıblar və bu gün də saxlayırlar”, - deyə A.Şirinov bəyan edib.
Onun sözlərinə görə, bu gün bütün dünyada digər dinlərin və millətlərin nümayəndələrinə qarşı tolerantlıq və dözümlülük barədə danışmaq dəb halı alıb.
“Əgər bu belədirsə, deməli, yaşadığımız dünyada bununla bağlı böyük problemlər var”, - deyə o vurğulayıb.
A.Şirinov bildirib ki, “tolerantlıq” anlayışı Avropada dini zəmində bitməyən qarşıdurmalar nəticəsində meydana gəlib.
“Əfsuslar olsun ki, əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin birgə yaşadığı Şərq bu gün həm də dini zəmində bitməyən müharibə və qarşıdurmalar meydanına çevrilib”, - deyə o qeyd edib.
“Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusunda seminar-treninqlər İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İKGF ARM) tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində keçirilir. Tədbirlərin məqsədi Azərbaycan dini tolerantlıq ənənələrinin tərənnümüdür.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət