Cümə günü Bakıda keçirilən “Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusunda seminar-treninq çərçivəsində Milli Tolerantlıq Mərkəzinin rəsmi saytının təqdimatı olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Bundan başqa, tədbir təşkilatçıları “Hörmət Naminə Birləş” layihəsinin, eləcə də dini icmaların “Tolerantlıq şəbəkəsi”nin təqdimatını keçiriblər.
Mərasim zamanı MTM-in direktoru Elmin Əliyev qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən, müxtəlif din və konfessiyaları təmsil edən 15 dini icma sosial mahiyyət kəsb edən 5 böyük layihənin icrasına cəlb olunmuşdu.
“Bu layihələr müxtəlif din və konfessiyaların əməkdaşlığının artırılmasına xidmət edəcək”, - deyə E.Əliyev bildirib.
“Tolerantlıq şəbəkəsi”nə daimi əməkdaşlığın dəstəklənməsi və icmalar arasında əlaqələrin genişlənməsi məqsədilə 20 dini icma cəlb edilib.
İcma nümayəndələrinə şəbəkəyə üzvlük haqqında sertifikatlar təqdim olunub. Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası da “Tolerantlıq şəbəkəsi”nin üzvü olub.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət