Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) H.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin əməkdaşları Böyük və Kiçik Qafqazın tədqiqi ilə əlaqədar ekspedisiyada olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Ekspedisiyaya həmin şöbənin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev rəhbərlik edib. Tədbir Böyük Qafqazın şimal-şərq hissəsinin intensiv mənimsənilən, Kiçik Qafqazın şimal-şərq yamacının isə texnogen çirklənməyə məruz qalmış ərazilərinin tədqiqinə həsr edilmişdi.
Ekspedisiya üzvləri Böyük Qafqazın şimal-şərq hissəsinin yay otlaqlarının müasir ekoloji durumu, onların bitki örtüyünün yerüstü kütlə ehtiyatının üzərindəki əvvəlki müşahidələri davam etdirib, intensiv mənimsənilən ərazilərin müasir ekoloji problemlərinə dair elmi araşdırmalar aparıblar.
Mütəxəssislər Kiçik Qafqazın (Gədəbəy və Daşkəsən rayonları timsalında) şimal-şərq yamacının texnogen landşaftlarının əvvəlki və hazırki durumu, onların yayılma arealları və sahələri, ümumi təbii landşafta vurduğu ziyanlar barədə ilkin məlumatlar toplayıblar.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət