SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci ilin aprel ayında Trans-Anadolu qaz kəmərinin (Trans-Anadolu Pipeline TANAP) tikintisinə başlamağı planlaşdırır. Bu barədə çərşənbə axşamı jurnalistlərə SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib.
“Hazırda layihə çərçivəsində qaz kəmərinin keçdiyi torpaqların satın alınması prosesi və 3 tikinti düşərgəsinin salınması üçün tender proseduru həyata keçirilir. Biz, həmçinin cari ilin sonuna qədər tender proseduru keçirməyi və 2015-ci il aprelin 1-dən TANAP qaz kəmərinin çəkilməsi ilə əlaqədar torpaq işlərinə başlanılması üçün müqaviləçiləri seçməyi planlaşdırırıq”,- deyə R.Abdullayev qeyd edib.
O, həmçinin bildirib ki, TANAP qaz kəməri “borusunun” təməlqoyma mərasimi 2015-ci ilin əvvəlində keçiriləcək.
R.Abdullayev deyib ki, TANAP layihəsinin iştirakçılarının tərkibində və ya səhmdarların iştirak payında dəyişikliklər planlaşdırılmır.
Xəbər verildiyi kimi, TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
TANAP layihəsi $10-11 mlrd. dəyərində qiymətləndirilir.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR (ARDNŞ) - 58%, BP - 12%, BOTAS - 30%.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Statoil” (15,5%), SOCAR (16,7%), “LUKoil” (10%), NICO (10%), TOTAL (10%) və TPAO (9%) şirkətləridir. TRAO şirkəti tərəfindən “Şahdəniz” layihəsində TOTAL-ın 10% iştirak payının əldə edilməsinə dair sövdələşmə başa çatmaq üzrədir.
“Şahdəniz” konsorsiumunun səhmdarları 2013-cü il dekabrın 17-də Bakıda “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-2” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar.
“Mərhələ-2” $28 mlrd. səviyyəsində dəyərləndirilir. İllik hasilat 16 mlrd. kubmetr təşkil edəcək. Bunun 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Azərbaycan qazının Avropaya nəqlinə 2019-cu ildə başlanılacaq.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət