Prezident İlham Əliyev çərşənbə axşamı Litvanın Azərbaycanda yeni təyin olunmuş səfiri Valdas Lastauskasın etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə ikitərəfli münasibətlərin inkişafından razılıq ifadə olunub, əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edilib.
Tərəflər əlaqələrin ikitərəfli və çoxtərəfli formatda genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildiriblər.
Bundan başqa, əməkdaşlığın siyasi, iqtisadi, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı və NATO çərçivəsində daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu gün dövlət başçısı Norveç Krallığının yeni təyin olunmuş səfiri Baard İvar Svendsenin də etimadnaməsini qəbul edib.
İ.Əliyev ölkələr arasında energetika sahəsində uzunmüddətli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq bu əməkdaşlığın qeyri-enerji sektorunda da dərinləşdirilməsi üçün qarşılıqlı marağın olduğunu deyib.
Öz növbəsində norveçli diplomat Azərbaycandakı diplomatik fəaliyyəti dövründə münasibətlərin genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb.
Bundan başqa, Malayziyanın yeni təyin olunmuş səfiri Dato Roslan Tan Sri Abdul Rahman etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Görüşdə əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib həmçinin BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığının önəmi vurğulanıb.
Tərəflər əlaqələrin iqtisadi və enerji sahələrində inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət