“Azərsu” SC Göygöl-Gəncə magistral su xəttini istisamara verib. Bu barədə SC-nin məlumatında bildirilir.
Bu su kəmərinin tikintisi Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin birinci mərhələsi çərçivəsində həyata keçirilib.
Layihə Azərbaycan hökumətinin Almaniya İnkişaf Bankı (KfV) və İsveçrənin SECO təşkilatı ilə birgə maliyyələşdirdiyi, Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutan “Açıq Kommunal İnfrastruktur Proqramı” layihəsi çərçivəsində həyata keçirilir.
Gəncə şəhərində tikinti işlərinə 2011-ci ildə başlanılıb. Şəhərin içməli su ilə təmin edilməsi üçün 3 su mənbəyi – Göygöl, Qızılqaya və Şəmkirçay su anbarı seçilib.
Layihəyə uyğun olaraq Göygöl mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan drenaj sistemi bərpa edilib, həcmi 4000 kubmetr olan 1 ədəd su anbarı inşa edilib və mənbədən şəhərə qədər 24,5 km uzunluğunda magistral kəmər çəkilib.
“Göygöl su mənbəyindən Gəncəyə suyun verilməsi 63 min nəfərin və ya şəhərin 20%-nin fasiləsiz su ilə təchiz olunmasına imkan verəcək”,- deyə məlumatda bildirilir.
Ötən müddətdə Qızılqaya mənbəyində də bərpa işləri həyata keçirilib, 1 ədəd 2000 kubmetrlik su anbarı tikilib, 9,5 km anbarlararası su xətləri çəkilib. Ümumi həcmi 10 min kubmetr olan 2 ədəd yeni su anbarının tikintisi isə yekunlaşmaq üzrədir.
Gəncə şəhərinin içməli su tələbatının təxminən 60%-i Şəmkirçay su anbarından təmin ediləcək. Anbardan götürüləcək su 27,5 km uzunluğunda magistral kəmərlə Qızılqaya ərazisində inşa edilən və sutkalıq məhsuldarlığı 17 min kubmetr olan sutəmizləyici qurğuya ötürüləcək.
Su mənbələri və magistral xətlərin yenidən qurulması ilə paralel Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisinə də başlanılılb. Layihəyə əsasən, şəhərdə 576 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq. Artıq içməli su xəttinin 42 km-lik hissəsi tikilib və 644 ünvana birləşmə verilib. Eyni zamanda 119 çoxmənzilli binada 7000 abunəçi ön ödənişli smart-kart sayğaclarla təmin olunub.
Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsindən 450 min nəfər (2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla) faydalanacaq.
N.Abbasova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət