Gənclər və idman naziri Azad Rəhimov Avropa Şurasının idmana məsul nazirlərin 13-cü konfransında iştirak edəcək. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu məqsədlə A.Rəhimov çərşənbə günü İsveçrənin Makolin şəhərinə yola düşür.
Konfrans Azərbaycanın 31 oktyabr tarixinədək davam edəcək Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilir.
Bununla əlaqədar A.Rəhimov tədbirin açılış sessiyasında Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində çıxış edəcək. Çıxışı zamanı nazir ölkəmizin bir sıra beynəlxalq yarışlara ev sahibliyi etməsi zamanı və eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarında tamaşaçı zorakılığının qarşısının alınması, idmanda korrupsiya hallarına son qoyulmasının daim diqqət mərkəzində olmasının önəmini və bu səpkili konfransların keçirilməsinin vacibliyini diqqətə çatdıracaq.
A.Rəhimov, həmçinin idmanın inkişafı istiqamətində Avropa Şurası ilə əlaqələrin genişlənməsinin əhəmiyyətini qeyd edəcək.
Konfrans zamanı “İdmanın idarə olunmasında korrupsiya”, “Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıq”, “2015-ci il Dünya Antidopinq Kodeksinin həyata keçirilməsində hökumətlərin rolu”, “Tamaşaçı zorakılığına dair 1985-ci il Avropa Konvensiyasının icmalı” adlı qətnamələrin qəbulu gözlənilir.
Tədbir çərçivəsində “İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiya”sı imzaya açıq elan ediləcək.
A.Rəhimovun İsveçrədə Avropa Şurasının baş katibi Torbörn Yaqlandla təkbətək görüşü nəzərdə tutulur. Görüş zamanı Avropa Şurası ilə Azərbaycan arasında gənclər və idman sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə qurumla birgə həyata keçirdiyi “Gənclər siyasəti üzrə I Qlobal Forum” və “Nifrət nitqinə Yox hərəkatı” və digər layihələr müzakirə olunacaq.
Görüş əsnasında Bakı 2015 Avropa Oyunlarının təqdimatı da keçiriləcək.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət