Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, futbol yığmamızın 2020-ci ildə keçiriləcək Avropa çempionatında iştirakını arzu edir.
“Biz çalışacağıq ki, Azərbaycanın futbol yığması Avropa çempionatının seçmə mərhələsini uğurla keçsin, çünki Avropa çempionatının Bakıda keçiriləcək oyunlarında komandamızın iştirakı bizim üçün çox vacibdir”, - deyə A.Rəhimov “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə “Bakı-2015 Avropa Oyunları”nın Təşkilat Komitəsi (BEGOS) arasında tərəfdaşlıq sazişinin imzalanması mərasimində “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualını cavablandırarkən bildirib.
O qeyd edib ki, bu, çox vacib məsələdir və Azərbaycanın futbol üzrə yığma komandasının məşqçiləri və oyunçularının bu məsələyə çox ciddi yanaşacaqlarına ümidvar olduğunu deyib.
“Avropa çempionatının ¼ final oyununun, o cümlədən 4 oyunun Bakıda keçirilməsi bizim böyük qələbəmiz və qürurverici hadisədir. Bu, bizə göstərilən böyük etimaddır”, - deyə A.Rəhimov bildirib.
Nazir söyləyib ki, 2020-ci il Avropa çempionatının oyunları tikilməkdə olan 68 min yerlik Olimpiya stadionunda keçiriləcək.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət