Azərbaycanda ana ölümü hallarının sayı əhəmiyyətli dərəcədə azalıb. Bu barədə cümə axşamı jurnalistlərə səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib.
“Ötən il 25, bu ilin 9 ayında isə 18 ana ölümü faktı qeydə alınıb”, - deyə E.Ağayev Bərdədə baş vermiş ana ölümü hadisəsini şərh edərkən söyləyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi belə hadisələrin baş verməsindən çox narahatdır və onların sayının daha da azalması üçün lazımi tədirləri görür.
“Ana ölümü halları Səhiyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən diqqətlə öyrənilir və dünən Bərdədə baş vermiş hadisə də diqqət mərkəzindədir”,- deyə E.Ağayev qeyd edib.
O, həmçinin bildirib ki, statistikaya əsasən, Azərbaycan əhalinin təbii artımına görə Avropada birinci yeri tutur. Ötən il ölkədə 170 mindən çox uşaq doğulub.
“Ölkədə hər min nəfərə təbii artım 12,8 promil təşkil edir”, - deyə o qeyd edib.
E.Ağayev vətəndaşları, xüsusən də ana olmağa hazırlaşan xanımları tibbi yardım almaq üçün həkimlərə vaxtında müraciət etməyə və öz sağlamlığına daha diqqətli yanaşmağa çağırıb.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət