Azərbaycanın xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Sankt-Peterburq şəhərində məşhur rus bəstəkarı Andrey Petrovun adını daşıyan Bəstəkarların VIII Beynəlxalq müsabiqəsinə sədrlik edib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında müsabiqənin nəticəsini müəyyən edən seçim konserti olub.
Münsiflər heyətinin tərkibinə Aleksandr Knayfel, Vladimir Tarnopolskiy, Aleksandr Radviloviç, Leonid Desyatnikov, Anatoliy Korolyov, Valeriy Platonov və Aleksandr Popov kimi dünya şöhrətli bəstəkarlardan ibarət münsiflər heyəti daxil olub.
Bütün yaş kateqoriyalarında olan bəstəkarlar üçün nəzərdə tutulmuş, üç mərhələdən ibarət müsabiqənin seçim turuna Rusiyanın, o cümlədən Belarus, İtaliya, Kanada, İsveç, Estoniya, Yaponiya, Ukrayna kimi ölkələrindən simfonik orkestr üçün nəzərdə tutulmuş 187 əsər təqdim olunub. Bu əsərlərdən 140-ı ikinci mərhələyə, 6-ı isə final mərhələsinə vəsiqə qazanıb.
Rusiyanın məşhur dirijoru Andrey Şteynluxtun idarə etdiyi Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının akademik simfonik orkestrinin ifasında finala vəsiqə qazanan 6 iştirakçının əsərləri dinlənilib.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət