Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində tanınmış dövlət xadimi Sadıq Rəhimovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif məsul vəzifələrdə çalışmış, Azərbaycan hökumətinə rəhbərlik etdiyi dövr ərzində respublikanın ictimai-siyasi həyatına, sosial-iqtisadi inkişafına mühüm töhfələr vermiş S.Rəhimovun anadan olmasının 100 illik yubileyinin Azərbaycan prezidenti İlham Əliyevin 2014-cü il 8 avqust tarixli Sərəncamına əsasən qeyd olunduğunu bildirib.
“Tanınmış dövlət xadimi S.Rəhimov cəmiyyətimizə, xalqımıza yalnız şərəf gətirən mənalı bir ömür yaşayıb”, - deyə Naxçıvan MR Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov təbridə çıxışında qeyd edib. O, dövlət xadiminin həyat və fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, S.Rəhimov 1914-cü ildə Bakının Balaxanı kəndində neftçi–fəhlə ailəsində anadan olub, 1929-1931-ci illərdə Bakı Neft Texnikumunda təhsil alıb.
1941-ci ildə Moskvaya Ali Partiya Məktəbində oxumağa göndərilən S.Rəhimov təhsilini yarımçıq qoyaraq həmin il cəbhəyə yollanıb və ağır yaralanması ilə əlaqədar hərbi qulluqdan tərxis edilərək Bakıya qayıdıb. Bundan sonra ona Azərbaycanın toxuculuq sənayesi nazirinin müavini vəzifəsi tapşırılıb. Toxuculuq Sənayesi Nazirliyi ilə Yüngül Sənaye Nazirliyi birləşdirildikdən sonra nazir vəzifəsinə təyin edilib. Bir müddət sonra isə S.Rəhimov Azərbaycan SSR kommunal təsərrüfatı və mülki tikinti naziri, daha sonra sənaye malları naziri olub. S.Rəhimovun dərin biliyi, böyük səriştəsi, zəngin təcrübəsi və ən əsası işgüzarlığı onun bu çətin və məsul vəzifələri layiqincə yerinə yetirməsinə imkan verib.
Bütün bunlar nəzərə alınaraq o, 1954-cü ildə daha yüksək vəzifəyə irəli çəkilib, Azərbaycan SSR Nazirlər Sovetinin sədri seçilib. 1958-ci ilədək respublika hökumətinə rəhbərlik edir. Bu illərdə S.Rəhimov respublika iqtisadiyyatının təkcə bir sahəsinin rəhbəri deyildi, artıq Azərbaycanı idarə edənlərdən biri idi. Həmin dövrdə respublikanın sənayesində, kənd təsərrüfatında, mədəni həyatında baş verən bütün hadisələr, yeniliklər birbaşa olaraq Nazirlər Soveti sədrinin adı, iş fəaliyyəti ilə bağlı idi. S.Rəhimov Vətənini sevən fədakar insan idi. O, ömrünün son 10 ilini yüngül sənaye naziri vəzifəsində çalışıb.
“S.Rəhimovu yaxından tanıyanlar hər zaman xarakterindəki qürur, ciddilik, dönməzlik, qətiyyəti qeyd edirdilər”, - Ali Məclis Aparatının şöbə müdiri bildirib. Onun sözlərinə görə, görkəmli dövlət xadiminin sənayenin, o cümlədən sosial-iqtisadi inkişafda xidmətləri bu gün də yüksək qiymətləndirilir.
K.Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət