2014-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın dövlət büdcəsinin profisiti 1 mlrd. 377 mln. manat və ya hesabat dövründə büdcə gəlirlərinə nisbətdə 9,8% təşkil edib.
“Operativ məlumata əsasən, 9 ay ərzində dövlət büdcəsinin mədaxili 14 mlrd. 71 mln. manat, xərcləri 12 mlrd. 694 mln. manat təşkil edib. Mədaxil üzrə plan 101,2%, xərclər üzrə plan 86% yerinə yetirilib”, - deyə maliyyə naziri Samir Şərifov çərşənbə günü Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
S.Şərifovun çıxışının mətni cümə axşamı rəsmi mətbuatda dərc edilib.
Onun sözlərinə görə, 2014-cü ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 8%, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 12,2% artıb.
S.Şərifov vurğulayıb ki, yanvar-sentyabr aylarında qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar 17,5% - 4 mlrd. 454 mln. manatadək artıb.
Nazir əlavə edib ki, hesabat dövründə dövlət büdcəsinin sosial təyinatlı xərcləri 3 mlrd. 82 mln. manat təşkil edib (artım 8,9%).
Yanvar-sentyabr aylarında dövlət büdcəsindən əsaslı vəsait qoyuluşlarına 4 mlrd. 172 mln. manat yönəldilib. Sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisi və yenidən qurulmasına 1 mlrd. 401 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulmasına 2 mlrd. 184 mln. manat vəsait yönəldilib.
S.Şərifov vurğulayıb ki, 2014-cü ilin 9 ayı ərzində dövlət əsaslı vəsait qoyuluşları çərçivəsində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 44 mln. manat, müdafiə təyinatlı və digər layihələrin maliyyələşdirilməsi üçün 545 mln. manat yönəldilib.
Azərbaycanın 2014-cü il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri 20 mlrd. 63 mln. manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 1 mlrd. 679 mln. manat və ya ÜDM-in 2,87%-i səviyyəsində proqnozlaşdırılır.
A.Əzizov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət