Naxçıvan Muxtar Respublikası Şərur rayonunun İranla həmsərhəd olan Diyadin kəndində tam orta məktəb, kənd mərkəzi və xidmət mərkəzi istifadəyə verilib.
Yeni sosial obyektlərin açılış mərasimində iştirak edən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov qeyd edib ki, təhsil sistemi hər bir ölkənin milli sərvətidir.
“Müasir təhsil sisteminin qurulması dünya təhsil sisteminə inteqrasiyada vacib şərtdir. Bu istiqamətdə Azərbaycanda, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ardıcıl tədbirlər həyata keçirilir, təhsil sisteminin maddi-texniki bazası gücləndirilir”, - deyə o bildirib. V.Talıbov vurğulayıb ki, Diyadində istifadəyə verilən yeni məktəb binası da təhsil quruculuğu sahəsində görülən işlərin tərkib hissəsidir. Onun sözlərinə görə, məktəbdə müasir tədris şəraiti yaradılıb, internetə çıxışı olan kompüter dəstləri, elektron lövhələr, laboratoriyalar və digər təhsil avadanlıqları kollektivin istifadəsinə verilib. Məktəb pedaqoji kadrlarla tam təmin olunub. Bütün bunlar tədrisin günün tələbləri səviyyəsində qurulmasına, eləcə də gələcəkdə məktəbin nailiyyətlərinin artırılmasına imkan verəcək.
“Məktəbdə nailiyyətləri artırmaq üçün ilk növbədə nizam-intizam yaradılmalı, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq prinsipləri üzərində qurulmalıdır. Müəllim nüfuzu qorunmalı, pedaqoji kollektiv daha məsuliyyətlə çalışmalı, vəzifələrini layiqincə yerinə yetirməlidir. Təhsilli və vətənpərvər gənclik hər bir ölkənin gələcəyidir. Müəllimlərin qarşısında ölkəmizin gələcəyini yetişdirmək kimi mühüm bir vəzifə durur. Ona görə də pedaqoji kollektiv şagirdlərlə fərdi qaydada məşğul olmalı, təhsilli və vətənpərvər gənc nəslin yetişdirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır”, - deyə Ali Məclisin sədri qeyd edib.
Onun sözlərinə görə, ölkədə təhsil sahəsində həyata keçirilən tədbirlər, yaradılan şərait, təhsil işçilərinə göstərilən qayğı bu vəzifələri uğurla yerinə yetirməyə imkan verəcək.
Üçmərtəbəli binada hərtərəfli tədris şəraiti yaradılıb, 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, şahmat və müəllimlər otaqları, kitabxana və idman zalı istifadəyə verilib, həyətdə açıq idman qurğuları quraşdırılıb.
İkimərtəbəli kənd mərkəzində kitabxana, klub, rabitə evi, 55 yerlik iclas zalı, polis sahə və feldşer-mama məntəqələri, Yeni Azərbaycan Partiyasının ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün müasir iş otaqları var.
Xidmət mərkəzində bərbərxana və qadın gözəllik salonu, ərzaq, sənaye malları mağazası və ət satışı yeri fəaliyyət göstərir.
Q.Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət