Təhsil karyera qurmaq istəyən hər bir gəncin həyatında önəmli rol oynayır. Bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov cümə günü Bakıda 8-ci Azərbaycan Beynəlxalq “Təhsil” sərgisi və 8-ci Azərbaycan Beynəlxalq “Karyera” sərgisinin açılış mərasimində bildirib.
“Bu gün Bakıda keçirilən təhsil sərgisi yuxarı sinif şagirdlərinin və tələbələrin karyerasının inkişafında platforma rolunu oynayacaq”, - deyə C.Bayramov qeyd edib.
Onun sözlərinə görə, yaxşı təhsil almaqda və karyera qurmaqda əhəmiyyətli məqamlardan biri ən yeni texnologiyaların tətbiqi və istifadə olunmasıdır.
Azərbaycanda orta ixtisas təhsilinin inkişafı məsələsinə toxunan nazir müavini qeyd edib ki, bu sahədəki bütün proqram və layihələr özəl sektorla birgə və biznesmenlərin iştirakı ilə həyata keçirilir.
Sərgilərin təşkilatçıları “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləridir.
Təşkilatçılar ölkədə qiymətli kadrlara tələbatın artmasını nəzərə alaraq, bu il ilk dəfə “Karyera” sərgisinin müstəqil layihə kimi keçirilməsinə qərar veriblər.
“Təhsil” və “Karyera” sərgiləri Azərbaycanda Təhsil Nazirlyinin rəsmi dəstəyi və fəal iştirakı ilə təşkil olunan yeganə tədbirdir.
Bu sərgilərə dünyanın 20 ölkəsindən 100-dən artıq iştirakçının qatılması gözlənilir. “Təhsil” sərgisinin iştirakçıları bakalavr və MBA proqramları, dil kursları, biznes-proqramlar və xaricdə təhsil sistemlərini təqdim edəcəklər.
Sərgidə iştirak edən Azərbaycan təhsil müəssisələrinin də sayı artıb, belə ki, siyahıda olan eksponentlər arasında Azərbaycan Dillər Universitetini, Azərbaycan Dövlət İqtisad Universitetini, “CELT Colleges” kollecini, Bakı Ali Neft məktəbini və s. bu kimi nüfuzlu dövlət təhsil müəssisələrini görmək olar.
Sərgidə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyi də öz stendində yaxın illər üçün təhsil nazirliyinin proqram və planları barədə məlumatlar təqdim edəcək.
Təhsil müəssisələrindən başqa, sərgidə laboratoriya avadanlıqları, interaktiv lövhələr, orta və ali təhsil müəssisələri üçün kompüterlər təklif edən şirkətlər də iştirak edəcək.
Eyni tarixdə keçirilən “Karyera” sərgisində iştirakçıların sabit artımı müşahidə olunur. Bank işləri, neft-qaz, telekommunikasiya, maliyyə, hüquqi xidmət, satış və marketinq, energetika üzrə “Azərcell”, “Azərsun Holding”, “Bakcell”, “American Tobacco”, “BP”, “Halliburton”, JTI, ARDNŞ, “Technip” Abu Dhabi, “Unibank” və s. öz vakansiyaları ilə iştirak edəcəklər.
Sərginin daimi iştirakçısı olan Azərbaycan Gənclər və İdman Nazirliyi orta və ali məktəb məzunlarına düzgün iş seçimində, sənədlərin hazırlanmasında və işəgötürənlə müsahibələrin keçirilməsində köməklik göstərən, eləcə də vakansiya axtarışında digər faydalı məsləhətlər verən qeyri-hökumət gənclər təşkilatları və birlikləri ilə konsultasiyalar keçirməyi planlaşdırır.
Sərgi oktyabrın 12-dək davam edəcək.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət