Mədəni irsin qorunması Azərbaycan hökumətinin yürütdüyü siyasətin ən vacib istiqamətlərindən biridir. Bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda “Avropa irs günləri”nə həsr olunmuş tədbirdə bildirib.
“Bu tədbir bizim üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanda ölkənin mədəni irsinin qorunması üzrə böyük işlər görülür”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, bu məsələ “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası”nda xüsusi rol oynayır.
“Biz bu gün fəxr edirik ki, bütün Avropa birliyi bizim mədəni dəyərlərimizə maraq göstərir”, - deyə o əlavə edib.
Nazirin sözlərinə görə, Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu mədəni irsin qorunması və mühafizəsi üzrə böyük işlər görür.
“Fond Azərbaycanla yanaşı, Avropa, Asiya və Afrika ölkələrində də mədəniyyət, təhsil, səhiyyə, ekologiya və digər sahələrdə çoxlu sayda layihələr həyata keçirir”,- deyə Ə.Qarayev qeyd edib.
O, həmçinin qeyd edib ki, sentyabrın 27-də bütün mədəniyyət mərkəzləri və muzeylərdə “Açıq qapı” günü elan edilib. “Həmin gün təxminən 25 min insan ölkə muzeylərinə baş çəkib”,- deyə nazir qeyd edib.
“Azərbaycan beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün meydança olduğunu artıq çoxdan sübut edib. Bütün bunlar bizim ölkəmizin nüfuzuna və turizm sektorunun inkişafına müsbət təsir göstərir”, - deyə Ə.Qarayev qeyd edib.
Avropa Şurasının Demokratik İdarəçilik Direktorluğunun rəhbəri Klaudiya Luçanonun sözlərinə görə, bu proqram öz-özlüyündə unikal bir proqramdır.
“Bütün Avropada 20 mindən çox insan Avropa ölkələrinin muzeylərindəki 100 minlərlə eksponatla tanış olub”,- deyə K.Luçiano bildirib.
Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç qeyd edib ki, Azərbaycanda müxtəlif dini icmalara məxsus abidələrə çox qayğıkeş münasibətin şahidi olmaq olar.
“Bütün bunlar Azərbaycan xalqının yüksək tolerantlığının birbaşa sübutudur”,- deyə D.Filipoviç qeyd edib.
O əlavə edib ki, bu faktlar turizm sektorunun inkişafına təkan verir.
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə Bakıda “Avropa irs günləri” layihəsi çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Avropa Şurası və Avropa İttifaqı tərəfindən təşkil olunmuş silsilə təbirlər keçirilir.
AŞ və Aİ-yə üzv dövlətlərdə hər il sentyabrın sonu-oktyabrın əvvəllərində həyata keçirilən layihə maarifləndirici kampaniya, açıq qapı günləri, folklor gecələri, rəsmi açılışlar və etnoqrafik tədbirlər formasında keçirilir. Layihənin əsas məqsədi yerli və xarici ziyarətçilərin mədəni əhəmiyyətli obyektlərə azad girişini təmin etmək, ictimaiyyətin diqqətini tarixi və mədəni abidələrin qorunması məsələlərinə cəlb etmək, eləcə də milli mədəni irsi təbliğ etməkdir.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət