Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Qala-Pirallahı avtomobil yolunun birinci hissəsinin açılışında iştirak edib, Pirallahı şəhərciyinin baş planı, Pirallahı rayonunda şəhərciyin yeni konseptual planı, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün tikintisi ilə tanış olub. Bu barədə AzTV dövlət telekanalı məlumat verir.
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Yenidənqurulan yolun ümumi uzunluğu təxminən 22 kilometr təşkil edəcək. Yolun 15 kilometrə qədər hissəsi artıq istifadə üçün yararlıdır. Avromobil yolunun eni 19 metrdir.
Sonra prezident Pirallahı rayonuna gəlib. Burada yerli İcra Hakimiyyətinin başçısı Vasif İmanov İ.Əliyevi şəhərciyin baş planı və görülən işlərlə tanış edib.
Dövlət başçısı Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün tikintisinin gedişi ilə tanış olub. Qeyd olunub ki, körpünün ümumi uzunluğu 710 metr, eni 14 metr təşkil edəcək. Hazırda altından gəmilərin keçməsinin mümkün olduğu körpünün tikintisi üzrə işlərin 60%-i həyata keçirilib.
İ.Əliyev, həmçinin Pirallahı rayonunda şəhərciyin yeni konseptual planı ilə tanış olub. İlkin olaraq şəhərciyin əhalisinin 120 min nəfər təşkil edəcəyi nəzərdə tutulub.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət