Azərbaycanın Albaniya iqtisadiyyatının müxtəlif sektorlarına, o cümlədən enerji, inşaat sektorlarına sərmayə yatırması üçün əlavə imkanların nəzərdən keçirilməsi mümkündür. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 20-də Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bəyan edib.
Dövlət başçısının saytında verilən məlumata görə, Azərbaycanın Albaniya ilə ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayan İ.Əliyev əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib.
TAP layihəsinin əhəmiyyətindən danışan prezident bu layihənin bütün iştirakçı ölkələr üçün faydalı olacağını qeyd edərək, layihənin həm tranzit, həm də istehlakçı ölkələrin iqtisadi inkişafı işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu söyləyib.
Parlamentin sədri İlir Meta Azərbaycan ilə əlaqələrin, o cümlədən TAP layihəsinin həyata keçirilməsinin Albaniya üçün çox əhəmiyyətli olduğunu bildirib, bu layihənin reallaşması nəticəsində ölkəsinin rolunun artacağını və inkişafı üçün geniş imkanlar yaranacağını vurğulayıb. O, Azərbaycanın Albaniyaya investisiya qoymasının iqtisadi əlaqələrimizin genişlənməsi işinə öz töhfəsini verdiyini qeyd edərək, Albaniyanın Azərbaycanla siyasi, iqtisadi əlaqələri daha da genişləndirmək əzmində olduğunu bildirib.
İ.Meta bildirib ki, Albaniya Azərbaycanla siyasi və iqtisadi əlaqələri genişləndirmək niyyətindədir.
Görüşdə parlamentlərarası əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Y.Əiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət