Azərbaycan tibbi sığorta layihəsinin uğurla həyata keçirilməsi üçün yeni metodlar tətbiq etməlidir.Baş nazirin müavini Əli Əhmədov cümə axşamı Bakıda tibbi sığortanın maliyyələşdirilməsinə həsr olunmuş beynəlxalq seminarda belə söyləyib.
“Dünya Bankı, Azərbaycanın Nazirlər Kabineti və Səhiyyə Nazirliyi ölkəmizdə bu layihəni birlikdə həyata keçirirlər”,- deyə Ə.Əhmədov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi ölkədə səhiyyə sisteminin inkişafına böyük diqqət ayırır.
“Bizə tibbi sığortanın müasir metodları lazımdır”,- deyə o bildirib.
Ə.Əhmədov qeyd edib ki, bu gün Bakıda keçirilən seminar bu layihənin Azərbaycanda həyata keçirilməsinə öz töhfəsini verəcək.
O , səhiyyənin sağlam vətəndaş nəsli yetirmək üçün vacib olduğunu qeyd edərək söyləyib ki, bununla əlaqədar olaraq Azərbaycanda bu sahədə bir çox layihələr həyata keçirilir, kifayət qədər vəsait sərf edilir.
“ Son on ildə ölkənin şəhər və kəndlərində infrastruktur əhəmiyyətli dərəcədə yaxşılaçdırılıb”,- deyə baş nazirin müavini əlavə edib.
Onun sözlərinə görə, bütün bunlar bu sahənin ölkə rəhbərliyi üçün son dərəcə əhəmiyyətli olmasını sübut edir.
Ə.Əhmədoiv deyib ki, tibbi sığortanın uğurlu maliyyələşdirilməsi üçün tibbi personalın təkmilləşdirilməsi vacibdir.
“Biz bul layihənin uğurla həyata keçməsi üçün əsas istiqamətləri müəyəynləşdirmişik.Bunun üçün dövlət vəsaitlərindən səmərli iustifadə etmək, ümumilikdə səhiyyənin səviyyəsini yüksəltmək, eləcə də tibbi sığortanın maliyyələşdirilməsi üçüb yeni yollar tapmaq lazımdır”,- deyə baş nazirin müavini qeyd edib.
Ə.Əhmədov tibbi personalın maliyyə baxımından stimullaşdırılmasının vacibliyini də qeyd edib.
Bununla əlaqdar olaraq o söyləyib ki, bu öz səmərəsini göstərəcək və uğur qazanmağa imkan verəcək.
Ə.Əhmədov həmçinin məsələnin optimal həll yolunu tapmaq üçün beynəlxalq təcrübədən istifadə olunmasının vacibliyini də vurğulayıb.
A.Zeydullayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət