Ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik dərs yükünün maksimal yuxarı həddi 24 saatdan 36 saata qaldırılıb. Bu barədə təhsil naziri Mikayıl Cabbarovun “Azərbaycan” rəsmi dövlət qəzetində dərc edilmiş məqaləsində deyilir.
“Bu il ilk dəfə olaraq Azərbaycanda rekord sayda - 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bundan başqa, VIII sinif dərsliklərinin hazırlanması ilə əlaqədar tender elan edilib”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, qalib elan olunan dərsliklər 2015-ci ilin yanvar-may aylarında pilot məktəblərdə sınaqdan keçiriləcək
“IV sinif dərslikləri əsaslı şəkildə təkmilləşdirilərək çap ediləcək, ümumtəhsil məktəblərinin IX sinifləri üçün dərsliklərin hazırlanması üzrə tender elan ediləcək. Həmin dərsliklərdən 2016-2017-ci dərs ilində istifadə olunacaq”, - deyə M.Cabbarov məqalədə vurğulayıb.
Təhsil naziri məlumat verib ki, son 11 ildə Azərbaycanda 3 minə yaxın məktəb binası tikilib və əsaslı təmir olunub. Ötən tədris ilində respublika üzrə 370 fizika, kimya və biologiya fənn laboratoriyası müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub.
“Təhsil Nazirliyinin təşəbbüsü ilə "Sağlam təhsil-sağlam millət" layihəsi çərçivəsində ölkənin 6 ümumi təhsil məktəbində "Sağlam təhsil sinfi" fəaliyyət göstərməyə başlayıb”, - deyə nazir qeyd edib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət