BMT-nin beynəlxalq məsləhətçisi Antonio Palazuoelos Prieto Tovuzun Ermənistanla sərhəddə olan Əlibəyli kəndində olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Münaqişə zonasına gəlmək öz istəyim idi. Gördüm ki, burada insanlar çətin şəraitdə yaşayır, evlərə dəyən güllə izləri bunu sübut edir. Biz BMT olaraq illərdir çalışırıq ki, münaqişə hər iki tərəfin maraqlarını qorunmaqla həll edilsin”, – deyə A.P.Prieto bildirib.
Kəndin gəncləri ilə görüşən BMT nümayəndəsi onların həyat şəraiti ilə tanış olub və münaqişənin tezliklə sülh yolu ilə həllinin tərəfdarı olduğunu deyib.
A.P.Prieto oktyabrın 28-dən 30-dək Azərbaycanda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumda iştirak etmək üçün BMT nümayəndələrinin tərkibində Azərbaycana gəlib.
160 ölkədən 700-dən artıq iştirakçının qatılacağı forumun keçirilməsində əsas məqsəd ölkələr arasında gənclər siyasəti üzrə təcrübə mübadiləsinin aparılmasıdır.
F.Mehdiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət