Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev Böyük Britaniyada Oksford Akademiya İttifaqının təsisçiləri və üzvləri sırasında yer alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Yeni qurum elm və təhsil liderlərinin Oksford sammitində imzalanmış memorandumla yaradılıb. Avropa Biznes Assambleyası tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycanla yanaşı, 30-dan çox ölkə təmsil olunub. H.Quliyevin təsisçilərin sırasında yer alması sammitin təşkilat komitəsinin təklifi ilə reallaşıb. Həmçinin Azərbaycan aliminə ittifaqa üzvlük barədə sertifikat da təqdim olunub.
Sammit çərçivəsində təşkil olunmuş dəyirmi masada “Gələcəyin universiteti”, “Təhsilin, elmin və istehsalatın effektiv inteqrasiya formaları” və “Təhsil prosesinin yaxşılaşdırılması” adlı mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirin sonunda “Gələcəyin universiteti” mövzusunda beynəlxalq müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi təşkil olunub, qaliblər müxtəlif diplom və sertifikatlarla təltif ediliblər.
Sammitin proqramında akademik BP şirkətinin məsul işçiləri ilə də görüşüb. GGİ ilə şirkətin birgə apardığı tədqiqatların hazırkı mərhələsi müzakirə olunub. Prioritet elm sahələrində görülən işlərin mühüm nəticələr verəcəyinə, yeni texnologiyaların elmi əsaslarının hazırlanması üçün imkan yaradacağına əminlik ifadə olunub, bu məqsədlərə yönəlmiş beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi zəruri hesab edilib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət