Azərbaycan ölkə ərazisində yaşayan xalqlara tolerant münasibəti ilə nümunə rolunu oynaya bilər. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda Turizm Marşurtları üzrə III Məşvərət Forumunda çıxışı zamanı belə söyləyib.
“Azərbaycan hər zaman müxtəlif xalqların mehriban və dinc yaşadığı nümunəvi ölkə olub, bu, bizim üçün çox dəyərlidir”, - deyə nazir əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan tarixən Qərblə Şərqin kəsişməsində yerləşib və buna görə də turizm marşrutlarını işləyib hazırlamaq bizim üçün bu qədər vacibdir.
O, həmçinin qeyd edib ki, coğrafi mövqeyinə görə ölkədə xristian, müsəlman və yəhudilər əsrlər boyu dinc və yanaşı yaşayıblar və biz bununla fəxr edirik.
“Bütün xalqlar bir-birinə hörmət edir və dəstəkləyir”, - deyə o əlavə edib.
Ə.Qarayevin sözlərinə görə, bu gün turizmin sərhədləri yoxdur, turizmin əbədi yol yoldaşı isə mədəniyyətdir.
O qeyd edib ki, Azərbaycan Avropa Şurasının qarşılıqlı anlaşma əsasında yaradılmış və sülhməramlı xarakter daşıyan mədəniyyət turizmi proqramlarının hamısında iştirak etməyə hazırdır.
“Bugünkü konfrans Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində son tədbirdir və bu tədbir mədəniyyətlə turizmin birləşməsinin həm mədəni irsin təbliği, həm də ölkəyə əlavə turist axınının təmin edilməsi baxımından düzgün siyasət olmasının sübutudur”,- deyə nazir bildirib.
Onun sözlərinə görə, hazırda mədəniyyət və turizm bir-biri ilə sıx bağlıdır və bir-birini tamamlayır, yəni insanlar başqa ölkələrə yalnız istirahət və əyləncə üçün deyil, dünyanın başqa ölkəsi ilə bağlı ola biləcək öz tarixi köklərini axtarmaq üçün gedirlər.
“Azərbaycan Avropa Şurasının turizm proqramlarında fəal iştirak etməyə hazırdır, biz sədrliyimiz çərçivəsində bir sıra belə proqramları nəzərdən keçirdik və yerli turizm şirkətlərinə bu istiqamətdə fəaliyyətlərini aktivləşdirməyə təklif edəcəyik. Hazırda biz “Aleksandr Düma Qafqazda”, “Böyük İpək Yolu”, “Şərab yolu” proqramlarında iştirak edirik, həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə arasında “Qafqaz dağları” regional mədəni marşrutunun yaradılması variantını nəzərdən keçiririk”,- deyə nazir qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda həm də daxili mədəni turizm proqramları həyata keçirilir, çünki respublika dünya ölkələri ilə bağlı böyük tarixə malikdir. Məsələn, İtaliya ilə. Çünki Qobustan qayaüstü rəsmlərində Roma legionerlərinin izlərinə rast gəlinib. Belə marşrutlar, həmçinin Polşa və digər ölkələrlə də təşkil edilib. Bundan başqa, əsrlərlə Azərbaycan ərazisində yaşayan yəhudilərin tarix və mədəniyyətini qeyd etmək vacibdir”, - deyə nazir bildirib.
Tədbirdə dünyanın 23 ölkəsindən 77 təşkilat iştirak edir.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət