Bakı Apellyasiya Məhkəməsində ötən ilin yanvar ayında Bakıətrafı qəsəbələrdən birində yaşayış evinə hücum edərək külli miqdarda pul oğurlamış cinayətkar dəstənin üzvlərinin işinə yenidən baxılıb.
“İnterfaks-Azərbaycan” agentliyinə məhkəmədən verilən məlumata görə, paytaxt sakinləri Kamran Cəbiyev, Səbuhi Tağıyev və Azər Şalıyev Cinayət Məcəlləsinin 181.3.2 (qabaqcadan əlbir olan bir
qrup şəxs tərəfindən külli miqdarda əmlak əldə etmə məqsədilə quldurluq), 185.1 (oğurluq məqsədi olmadan avtomobilə qanunsuz yiyələnmə), 221.3 (silah və silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik
vasitələrin hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya
göndərilməsi) maddələri, Ramiz Abdullayev və Rövşən Əzimov isə 194.1-ci (qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə xeyli miqdarda pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə) maddəsi ilə ittiham ediliblər.
İttiham aktına əsasən, yuxarıda adları çəkilən şəxslər 2013-cü il yanvarın 10-da Xəzər rayonu, Şüvəlan qəsəbəsində Akif Həmzəyevin evinə basqın ediblər. Onlar A.Həmzəyevə çoxlu sayda bıçaq zərbələri endiriblər. Sonra içərisində 650 min manat olan seyfi qarajda olan “VAZ-2121” markalı avtomobilə qoyaraq qaçırıblar. Zərərçəkən şəxs 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub. Araşdırmalar zamanı məlum olub ki, A.Həmzəyev gül bzinesi ilə məşğul olur.
Cinayətkarlar əldə etdikləri pula “BMW-X5”, “Range Rover”, torpaq sahələri, mənzil, alıblar. Həmçinin dəstə üzvləri Dubayda istirahət də ediblər. Oradan qayıtdıqdan sonra aprel-may aylarında Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. K.Cəbiyev və S.Tağıyev Salyan rayonu ərazisində idarə etdikləri “BMW-X5” markalı avtomobildə tutulublar. Onlardan 5 qramdan artıq marixuana aşkar edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Cəbiyev, S.Tağıyev və A.Şalıyev 13 il müddətinə azadlıqdan məhrum ediliblər. R.Abdullayev və R.Əzimov 2500 manat cərimə olunublar və məhkəmə zalından azadlığa buraxılıblar.
Hökmdən narazı qalan zərərçəkən tərəf apellyasiya şikayəti verib. Həmçinin dövlət ittihamçısı hökmdən apellyasiya protesti verib və cinayət işinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Bakı Apellyasiya Məhkəməsi dövlət ittihamçısı və zərərçəkmiş şəxsin şikayətini qismən təmin edib. R.Abdullayev və R.Əzizovun cərimə cəzası 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.
C.Həmidov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət