Bazar ertəsi prezident İlham Əliyevin Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü zamanı Azərbaycan-Macarıstan münasibətləri, Bakı və Avropa İttifaqı arasında əməkdaşlıq və Qarabağ münaqişəsi müzakirə edilib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, son vaxtlar bu münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb. İkitərəfli əlaqələrimizin turizm, gənclər, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, hava nəqliyyatı və digər sahələrdə daha da genişləndirilməsi müzakirə olunub.
Bu gün İ.Əliyev Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manseli də qəbul edib.
İ.Əliyev Fransa ilə münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı Fransada təsis olunmuş Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətinin ölkələr və xalqlar arasında əlaqələrin dərinləşməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində J.F.Mansel rəhbərlik etdiyi qurumda Fransa cəmiyyətinin müxtəlif təbəqələrinin nüfuzlu nümayəndələrinin birləşdiyini diqqətə çatdırıb. O bəyan edib ki, Azərbaycanla Fransanın bir-birini daha yaxından tanıması üçün səylərini əsirgəməyəcək.
Görüşdə ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət