Azərbaycan ilə Braziliya arasında idman sahəsində əməkdaşlıqla bağlı fəaliyyət planının imzalanmasının əməkdaşlığın daha da inkişafına töhfə verəcək. Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Braziliyanın idman naziri Aldo Rebelo ilə görüş zamanı söyləyib. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verir.
Spiker idmanın müxtəlif növləri ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin zəruriliyini vurğulayıb.
O.Əsədov nazirə ölkələrimiz arasında müxtəlif sahələrdəki əməkdaşlıq, Azərbaycanın sürətlə inkişafı, Avropanın enerji təhlükəsizliyinin təminində oynadığı rol haqqında məlumat verib.
Azərbaycanın idman sahəsində qazandığı uğurlardan danışan Milli Məclisin sədri bildirib ki, artıq ölkəmiz istənilən beynəlxalq tədbirə ev sahibliyi etmək iqtidarındadır. 2015-ci ildə Azərbaycanda ilk Avropa Oyunları, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq səviyyəli idman yarışları keçiriləcək.
Görüşdə braziliyalı nazirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamə və qərarlara rəsmi Yerevan tərəfindən məhəl qoyulmadığı vurğulanıb.
A.Rebelonun Bakıya səfəri çərçivəsində Azərbaycan ilə Braziliya arasında idman sahəsində əməkdaşlıqla bağlı fəaliyyət planı imzalanıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət